Saytın Xəritəsi

Rəhbərlik

 

Rəhbərlik

 

Əşrəfov Ramik



Əşrəfov Ramik Yunis oğlu



Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri.

 

1962-ci il təvəllüdlüdür. 

1986-cı ildə Rusiya Federasiyasının Voronej Texniki Meşə İnstitutunu meşə təsərrüfatı mühəndisi ixtisası üzrə bitirmişdir. 
1986-1987-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. 
1988-1994-cü illərdə Azərbaycan Respublikası Meşə Təsərrüfatı Nazirliyinin Oğuz meşə təsərrüfatının direktoru vəzifəsində işləyib. 
1995-1997-ci illərdə "Azərbmeşə" İstehsalat Birliyinin Şəki zona meşə fonduna dövlət nəzarəti müfəttişi vəzifəsində işləyib. 
1997-1998-ci illərdə "Azərbmeşə" İstehsalat Birliyinin Daşkəsən meşə təsərrüfatının direktoru vəzifəsini müvəqqəti icra edib. 
1998-2001-ci illərdə "Azərbmeşə" İstehsalat Birliyinin Şəki zona meşə fonduna dövlət nəzarəti müfəttişi vəzifəsində iş fəaliyyətini davam etdirib. 
2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində işləyib. 
2002-2004-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində işləyib. 
2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində işləyib. 
2011-2013-cü Ekilogiya və Təbii Sərvətlər Nazirliyinin Kür-Araz Boyu və Digər Yaşayış Məntəqələrində İstifadə Olunan İçməli Suyun Ekoloji Standartlarına Nəzarət və Təminat Mərkəzinin direktoru vəzifəsində işləyib.
2013-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədr əvəzidir.
2017-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri.