• Bakı
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Naxçıvan
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Xankəndi
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Şuşa
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Xocalı
  • Gündüz +4°C,
  • Gecə -5°C
  • Xocavənd
  • Gündüz +4°C,
  • Gecə -4°C
  • Qubadlı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Zəngilan
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Laçın
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Kəlbəcər
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Daşkəsən
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Gədəbəy
  • Gündüz +2°C,
  • Gecə -7°C
  • Ağdam
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Cəbrayıl
  • Gündüz +6°C,
  • Gecə -3°C
  • Füzuli
  • Gündüz +7°C,
  • Gecə -2°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Qazax
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Naftalan
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +2°C
  • Ağstafa
  • Gündüz +7°C,
  • Gecə +10°C
  • Qəbələ
  • Gündüz +5°C,
  • Gecə -2°C
  • Şamaxı
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Zaqatala
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Xızı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Siyəzən
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Şabran
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz 0°C,
  • Gecə +9°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Ağdaş
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +3°C
  • Bərdə
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Salyan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Saatlı
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Masallı
  • Gündüz +12°C,
  • Gecə +7°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +7°C
  • Lerik
  • Gündüz +5°C,
  • Gecə -2°C
Saytın Xəritəsi

Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu.txt

 

Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu

Tarixən Azərbaycanda ilk elmi mərkəz olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (Azərbaycan ETBTİ, AzərETBTİ) 1912-ci ildə yaradılıb. Akademik A.N.Derjavin tərəfindən yaradılan və rəhbərlik edilən Azərbaycanın bu ilk elmi-tədqiqat mərkəzi Bakı İxtioloji Laboratoriyası adlanırdı. 2012-ci ilin noyabr ayında 100 illiyi tamam olan AzərETBTİ fəaliyyətdə olduğu müddətdə tarixi və şərəfli bir yol keçib.

AzərETBTİ-nin keçdiyi tarixi inkişaf yolunu aşağıdakı dövrlərə bölmək olar: 

1. Bakı İxtioloji Laboratoriyasının əsasının qoyulması və onun formalaşması dövrü (1912-1922-ci illər); 

2. Cənubi Xəzərdə balıqçılıq təsərrüfatı tədqiqatlarının intensiv inkişafı və Bakı İxtioloji Laboratoriyasının yenidən təşkili dövrü (1922-1940-cı illər); 
3. Bakı İxtioloji Laboratoriyasının fəaliyyətinin İkinci Dünya Müharibəsi dövrü (1941-1945-ci illər) 
4. Mərkəzi Elmi-Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun (METNBTİ) tərkibində Azərbaycan filialı olduğu dövr (1954-1989-cu illər); 
5. Xəzər Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutun (XəzərETBTİ, KaspNİRX) tərkibində Azərbaycan filialı olduğu dövr (1989-1992-ci illər); 
6. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu müstəqil statusunun alması dövrü (1992-2001-ci illər);
7. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından sonra AzərETBTİ-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tərkibində olduğu müasir dövr. 

Azərbaycan ETBTİ Kür-Xəzər hövzəsinin ən qiymətli balıqlarının (nərəkimilər, qızılbalıq və s.), eləcə də Azərbaycanın çaylarında yaşayan balıqların ətraflı tədqiqi ilə məşğul olub, ardıcıl olaraq onların say dinamikasında, eləcə də Xəzərdə baş verən hidroloji, hidrobioloji, hidrokimyəvi və s. dəyişiklikləri izləyib, onların yaxşılaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış əməli təkliflər hazırlayaraq həyata keçirib. Xüsusilə nərəcinsli balıqların süni artırılması sahəsində dünya təcrübəsində ilk dəfə olaraq İnstitutun əməkdaşları tərəfindən orijinal metod işlənib hazırlanıb ki, hazırda fəaliyyət göstərən dünyanın bütün nərə balıqartırma zavodlarında bu metoddan istifadə olunur. 

İnstitut əməkdaşlarının apardığı tədqiqatlar əsasında Xəzər dənizinin qiymətli vətəgə balıqlarının ehtiyatının artırılması, mühafizəsi və səmərəli istifadə olunması istiqamətində bir sıra tədbirlər (Xəzərdə yeni balıq ovu qaydaları, dənizdə nərə cinsli balıqların ovunun qadağan olunması, balıq ovu aparılan vaxtın və ərazilərin məhdudlaşdırılması, qiymətli balıqların limit əsasında ovlanması, su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması, dənizdə dayanan torlarla siyənək və digər balıqların ovunun dayandırılması, neft və qaz yataqlarının axtarışı məqsədilə partlayıcı maddələrdən istifadə olunmasının ləğv edilməsi və s.) hazırlanaraq həyata keçirilib.

Nərə cinsli balıq

  Xəzər dənizində yaşayan nərə cinsli balıqların   ehtiyatının mütləq sayının müəyyən edilməsi, müxtəlif yaş qruplarında təbii yolla məhv olma əmsallarının təyin edilməsi balıqçılıq tədqiqatları tarixində ilk dəfə olaraq İnstitut əməkdaşları tərəfindən aparılıb. Uzunburun balığının timsalında nərə cinsli balıqların ehtiyatının hesablanması üzrə İnstitut əməkdaşlarının işləyib hazırladıqları və bu gün də öz əhəmiyyətini itirməyən orijinal metod
klassik tədqiqatlar nümunəsi kimi təkrar nəşr olunub və bütün Xəzəryanı dövlətlər tərəfindən istifadə olunur. İnstitutun apardığı tədqiqatlarda qızılbalıq, nərə və çəki cinsli balıqların süni artırılması üzrə metodların işlənib hazırlanması həmişə diqqət mərkəzində olub və bu sahədə metodiki vəsaitlər nəşr edilib. Eləcə də əmtəə balıqçılığı üzrə təcrübələrin aparılması, tezböyüyən yeni hibrid formaların alınması və onların təsərrüfat miqyasında yetişdirilməsinin biotexnologiyasının hazırlanması İnstitut əməkdaşlarının xidməti sayəsində mümkün olub. 

 

AzərETBTİ ətraf mühitin və su bioresursların vəziyyətinin tədqiqatları üzrə ixtisaslaşır:

  • Nərə cinsli balıqların ovlanmasının tənzimlənməsi və onların ehtiyatının qiymətləndirilməsi;
  • Vətəgə ixtiologiyası;
  • Balıq ehtiyatlarının artırılması;
  • Əmtəə balıqçılığı;
  • Balıqların (nərəkimilər, çəkikimilər, siyənəklər) yem bazasının qiymətləndirilməsi (makrozoobentos, plankton) və qidalanması;
  • Su orqanizmlərinin yaşayış şəraitinin hidrokimyası;
  • Hidrobiontların ekotoksikoloji testləşdirilməsi;
  • Xəzər hövzəsində nərəkimilərin, kilkələrin və başqa vətəgə əhəmiyyətli obyektlərin bioloji müxtəlifliyinin qorunması və vətəgə ehtiyatlarının bərpası çərçivəsində aparılan Xəzər dənizinin Su Bioresursları Komissiyasının işində iştirakı.

 

Tədqiqat gəmisi

  AzərETBTİ-nin personalı yüksək ixtisaslı, Xəzərin Azərbaycan sektorunda müxtəlif ekoloji layihələrində iştirak etmiş və kifayət qədər beynəlxalq iş təcrübəsinə malik olan ixtioloq, hidrobioloq, kimyaçı və toksikoloq alim-mütəxəssislərdən ibarətdir. Su bioloji resursların öyrənilməsi həm çöl (dəniz, daxili hövzələr), həm də laboratoriya şəraitində həyata keçirilir.

Tədqiqat işləri həmçinin İnstitutun Yalama-6 (Yalama-Xudat zonası) və Nərimanabad-2 (Sara yarımadası) məntəqələrində yerləşən sahil müşahidə stansiyalarında aparılır. AzərETBTİ-nin dənizdə tədqiqat işləri aparmaq üçün cihaz və kompüterlərlə təchiz edilmiş laboratoriyaları (hidrobioloji, hidrokimyəvi, meteoroloji) və dəniz nümunələrini götürmək üçün (dərinlik 1000 m-ə qədər) tələb olunan bütün avadanlığı olan «Əlif Hacıyev» elmi-tədqiqat gəmisi (DGPS, exolot, sonar) vardır. «Əlif Hacıyev», nərə cinsli balıqların (ixtioloji) tral çəkilişlərini aparmaq imkanına malik olan yeganə Azərbaycan elmi-tədqiqat gəmisidir.

 İnstitutun elmi-tədqiqat işlərinin əsas həcmi dənizdə və ya çöl şəraitində yerinə yetirilir. 

 

İnstitutda aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri bunlardır:

  • Xəzərin Azərbaycan sektorunda mühüm vətəgə balıqlarının (nərə cinsli, qızıl balıq, çəki cinsli və siyənəkkimilər) ehtiyatının vəziyyəti və onların mümkün olan ovu barədə proqnozların işlənib hazırlanması;
  • Kür çayında nərə cinsli və digər balıqların təbii çoxalmasının müasir vəziyyəti və onların yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Atma və dayanan torlar vasitəsilə siyənək və çəki cinsli balıqların ovu zamanı tora düşən nərə cinsli balıqların, xüsusən onların körpələrinin hesabının aparılması və bu sahədə əməli təkliflərin hazırlanması;
  • Kür çayında, Kürağzı ərazidə, eləcə də Orta Xəzərin qərb sahillərində   balıqların yem  bazasının  vəziyyətinin qiymətləndirilməsi, onları yaxşılaşdırmaq istiqamətində əməli təkliflərin hazırlanması;
  • Orta və Cənubi Xəzərin biotopuna antropogen amillərin təsiri şəraitində trofi
  • strukturun formalaşdırılmasının qiymətləndirilməsi, yeni sakinlərinin təsir xüsusiyyətlərinin öyrənilməsi, Xəzər dənizi biosenozunun yaxşılaşdırmaq istiqamətində əməli təkliflərin və tədbirlərin işlənib hazırlanması;
  • Qiymətli vətəgə balıqlarının süni artırılması biotexnologiyasının təkmilləşdirilməsi və yenidən işlənməsi,  süni nərə balıqartırma zavodlarının səmərəliliyini yüksəltmək üzrə tədbirlərin işlənib hazırlanması;
  • Nəsli kəsilmək təhlükəsində olan qiymətli balıqların (kür qızılbalığı, qaya balığı) ehtiyatının bərpa olunması üzrə tədbirlərin hazırlanması.

Azərbaycan ETBTİ 1992-ci ildən başlayaraq Azərbaycan Respublikası Xəzər dənizinin bioloji resursları üzrə Komissiyasının işində iştirak edir. Komissiyada Xəzəryanı ölkələr arasında Xəzər bioresurslarının (o cümlədən, nərəkimilərin) Ümumi Yol Verilən Ovlanma Həddi (ÜYVOH) razılaşdırılır. AzərETBTİ, nərə cinsli balıqların ehtiyatının qiymətləndirilməsi və ovlanmasının tənzimlənməsi üzrə həvalə olunmuş dövlət strukturudur. AzərETBTİ Xəzəryanı ölkələrin dövlətlərarası proqramı çərçivəsində nərə cinsli balıqların və kilkələrin vətəgə ovlanmasının analizinin, yayılmasının, miqdarının, populyasiyaların keyfiyyət tərkibinin qiymətləndirilməsini aparır, həmçinin ÜYVOH təyin edir. 1992-ci ildən başlayaraq AzərETBTİ tərəfindən göstərilən istiqamətlərdə aparılan tədqiqat işlərinin nəticələri hər il dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasına təqdim olunur, nərə balıqlarının ovu üzrə Azərbaycan Respublikasına ayrılan kvotanın həcmi müəyyən olunarkən bu tədqiqatlar əsas götürülür və Xəzərdə nərə balıqları ehtiyatının formalaşmasında ölkəmizin xidmətləri nəzərə alınır. AzərETBTİ tərəfindən Komissiyanın işi çərçivəsində dəniz bioresurslarının davamlı istifadə edilməsi, qorunması və birgə idarə edilməsi üçün Xəzəryanı ölkələrin Regional Proqramı üzrə tədbirlər planı yerinə yetirilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində regional “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın (bundan sonra “Komissiya”) yaradılması 2010-cu ildə Azərbaycan Respublikası tərəfindən imzalanmış və FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən “FİSHDEV–CA” (Mərkəzi Asiyada Balıqçılıq Təsərrüfatı və Akvakulturanın İnkişafı) Regional Proqramın əsas məqsədidir. AzərETBTI “FİSHDEV–CA” Regional Proqramı üzrə əlaqələndirici işlərini aparır. 2009-cu ilin əvvəlində FAO nəzdində regional Komissiyanın yaradılması üzrə İcraçı Komitə yaradılmış, Azərbaycan Respublikası üzrə əlaqələndirici qismində AzərETBTİ-nin direktoru M.Axundov təyin edilmişdir, beynəlxalq görüşlər və müzakirələrə başlanılmışdır. FAO nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”ya (CACFish) dair Saziş 2012-ci ildə Azərbaycan Hökumətində razılaşma prosedurunu keçmişdir, Milli Məclisin qəbul etdiyi Qanun əsasında Azərbaycan Hökuməti tərəfindən “Razılıq” sənədi FAO-nun Baş Direktoruna təqdim edilmişdir. Artıq Azərbaycan CACFish-Komissiyanın üzvüdür. 2009-cu ildən başlayaraq Azərbaycan Respublikası FAO və regionun bir sıra ölkələri ilə balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı sahəsində qarşılıqlı şəkildə uğurlu əməkdaşlıq aparır. Komissiyanın təsisinə dair keçirilən beynəlxalq görüşlərdə, seminarlarda, elmi-praktiki konfranslarda Azərbaycan, FAO və region ölkələrinin mütəxəssisləri balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı ilə bağlı müxtəlif problemlərin müzakirəsində və onların həll edilməsi istiqamətində birgə səylər göstərirlər. Komissiya çərçivəsində region ölkələrinə, o cümlədən Azərbaycana, yaxın gələcəkdə balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafına yönəldiləcək inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin və maliyyə dəstəyinin cəlb olunması da nəzərdə tutulur. 

 

AzərETBTİ–nin göstərdiyi xidmətlər aşağıdakılardır:

  • Balıq ehtiyatlarına vurulmuş ziyanın qiymətləndirilməsi;
  • Dənizdə ətraf mühitin kompleks monitorinqinin aparılması;
  • Dənizin bioloji məhsuldarlığının formalaşdırılmasını səciyyələndirən ətraf mühitin abiotik (hidroloji və hidrokimyəvi) göstəricilərinin təhlili;
  • İxtiofaunanın, bentos makrofaunasının və zooplanktonun taksonomiyasının analizi;
  • Orta və Cənubi Xəzərdə mnemiopsis populyasiyasının monitorinqi və onun dəniz biotasına təsirinin qiymətləndirilməsi;
  • Biota birliklərinin ekoloji qiymətləndirilməsi, ekosistem analizi;
  • Dəniz orqanizmləri üzərində sənaye-kimyəvi reagentlərin bioloji testləşdirilməsi;
  • Heyvan toxumalarının patomorfoloji və ekotoksikoloji qiymətləndirilməsi;
  • Araz və Kür çaylarında nərə cinsli balıqların mümkün vətəgə qayıdışı miqdarının və təbii kürütökmənin səmərəliliyinin qiymətləndirilməsi;
  • Xəzərdəki bioloji obyektlərin vəziyyəti və digər ekoloji parametrlər üzrə informasiyalar şərhinin təqdim edilməsi;
  • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ).

 

Balıq təcrübəsi

  Azərbaycan ETBTİ fəaliyyətinin son dövrü ərzində (2001-2014-cü illər) Xəzərdə neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində ekoloji layihələrə (D-222, Yalama, 2002, LUKOİL; Qoşa qardaş, 2004, bp, AETC; Alov, 2004, bp, AETC; Zığ-Hövsan, Rosneft-ACEP, 2007; D-222, Yalama, 2004-2005, 2007-2009, LUKOİL; Abşeron, ABX-2, 2010-2012, TOTAL), Sənqaçal buxtası ixtiofaunasının monitorinqi (2001-2014, ERT, Akvamilyo Caspian,

Azecolab, bp), dəniz bioresurslarına zərərin ekspert qiymətləndirilməsinə (D-222, Yalama, 2009, LUKOİL; Abşeron, ABX-2, 2012, TOTAL) cəlb olunur. Neft-qaz layihələri üzrə müxtəlif şirkətlər tərəfindən nəzərdə tutulan ixtioloji tədqiqatların razılaşdırılması və yerinə yetirilməsi İnstitutun iştirakı ilə aparılır və onun rəyi nəzərə alınır.  

Azərbaycan ETBTİ fəaliyyətinin son dövrü ərzində (2001-2014-cü illər) texniki əməkdaşlıq, idarəetmə, balıqçılıq (nərə) təsərrüfatının davamlı inkişafı, Xəzərin bioloji müxtəlifliyinin və onun ekosisteminin invaziv növlərdən qorunması məsələlərini əhatə edən beynəlxalq təşkilatlarının (EU, TACIS, CEP-UNDP, CaspECO, Xəzər dənizinin Su Bioresursları Komissiyası) strateji və regional proqramlarında iştirak edir, o cümlədən: Xəzərin Trans-Diaqnostik Analizi (2000-2004, CEP-UNDP), Xəzərdə mnemiopsisin monitorinqi (2001-2004, CEP-UNDP), Xəzər üzrə Milli Fəaliyyət Planı (2004-2006, CEP-UNDP), Cənubi Xəzərdə Beroe Ovata və Mnemiopsis Leidyi monitorinqi (2005-2006, CEP-UNDP), Xəzərin bioloji müxtəlifliyi üzrə məlumat bazasının yaradılması (2006-2007, CEP-UNDP), Ekosistem yanaşma əsasında Xəzər dənizinin Bioloji resurslarının İdarə edilməsi (2010-2012, UNDP-CaspECO), Bioloji Müxtəliflik üzrə Milli Hesabatın və Milli Fəaliyyət Planının hazırlanması (2013-2014) və s. iştirak edib. 

İnstitut 2010-cu ildə Azərbaycan Respublikası tərəfindən imzalanmış və FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən “FİSHDEV–CA” (Mərkəzi Asiyada Balıqçılıq Təsərrüfatı və Akvakulturanın İnkişafı) Regional Proqramı üzrə əlaqələndirici işlərini aparır. “FİSHDEV–CA” Regional Proqramının əsas məqsədi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində regional “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın (CACFish) yaradılmasıdır. Buna görə 2009-cu ilin əvvəlində CACFish-in yaradılması üzrə İcraçı Komitə təsis edilib, İstitutun direktoru Azərbaycan Respublikası üzrə əlaqələndirici qismində təyin olunub və beynəlxalq görüşlər və müzakirələrə başlanılıb. CACFish Komissiyasına dair Saziş Milli Məclisin 2012-ci il 2 noyabr tarixli 453-IVQ nömrəli Qanunu əsasında təsdiq edilib və bununla da 2014-cü ildə Azərbaycan FAO nəzdində regional “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın (CACFish) üzvü olub. İnstitut Azərbaycan üzrə CACFish-in fəaliyyətini koordinasiya edərək Komissiyanın sessiyalarında və texniki məsləhətçi komitəsinin işində fəal iştirak edir. Bunun nəticəsində 2009-cu ildən başlayaraq Azərbaycan Respublikası FAO və regionun bir sıra ölkələri ilə balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı sahəsində qarşılıqlı şəkildə uğurlu əməkdaşlıq aparır. Komissiyanın təsisinə dair keçirilən beynəlxalq görüşlərdə, seminarlarda, elmi-praktiki konfranslarda Azərbaycan, FAO və region ölkələrinin mütəxəssisləri balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı ilə bağlı müxtəlif problemlərin müzakirəsində və onların həll edilməsi istiqamətində birgə səylər göstərirlər. Komissiya çərçivəsində region ölkələrinə, o cümlədən Azərbaycana, yaxın gələcəkdə balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafına yönəldiləcək inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin və maliyyə dəstəyinin cəlb olunması da nəzərdə tutulur. 

FAO ilə Azərbaycan Hökuməti arasında 2010-2012-ci və 2013-2016-cı illər illər üçün hazırlanmış balıqçılıq təsərrüfatı və akvakultura üzrə Milli Ortamüddətli Prioritetlər Çərçivə Sənədinin hazırlanması və həyata keçirilməsində İnstitut fəal iştirak edir. 2014-cü ilin iyun ayında “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 3-cü Sessiyasının Bakı şəhərində təşkil edilməsi və müvafiq olaraq təşkilati tədbirlərinin həyata keçirilməsində İnstitut fəal iştirak edib. Azərbaycanda balıqçılıq üzrə mövcud hüquqi və siyasət çərçivəsi sürətlə inkişaf edən akvakultura sektorunu əhatə etmir. Buna görə də sektorun gələcək hüquqi və siyasət çərçivəsinin beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluğunun təmin edilməsi üçün 2011-ci ilin əvvəlindən başlayaraq FAO ilə əməkdaşlıq aparılır. Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən FAO-nun texniki dəstəyi ilə hazırlanan təkmilləşdirilmiş “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib (2014-cü ilin 27 iyun tarixli №1015-IVQD Qanunu əsasında). Akvakultura sahəsinin davamlı inkişafı Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb ola, ölkə əhalisinin sosial vəziyyətinə və sağlamlığına, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə müsbət təsir göstərə bilər. 

Balıqçılıq sahəsinə aid yeganə İnstitut kimi AzərETBTİ özünün illik, beşillik elmi-tədqiqat işlərinin planını və Elmi Şuranın tərkibini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırır. Hər il AzərETBTİ-nin elmi-tədqiqat işlərinin planı və Yekun Hesabatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qeydiyyat Mərkəzi tərəfindən qəbul edilir və qeydiyyata alınır. AzərETBTİ-nin yerinə yetirdiyi elmi-tədqiqat işləri balıqçılıq üzrə beynəlxalq qurumları tərəfindən (Xəzər dənizi Su Bioresursları Komissiyası, CITES, CEP-UNDP, FAO, AIOC və başqa konsorsiumlar, bp və başqa neft şirkətləri) keyfiyyətinə, həcminə və mahiyyətinə görə şərhsiz qəbul olunub və həmişə yüksək qiymətləndirilib.

 

Elmi-Tədqiqat Balıqçılıq Təsərüffatı İnstitutunun Elmi Şurasının tərkibi

Soyadı, adı, 
atasının adı

Elmi Şurada vəzifəsi

Elmi dərəcəsi 
və elmi adı

İxtisas şifri və ixtisası

İş yeri və vəzifəsi

1

Axundov Mehman Maqsud oğlu

sədr

biologiya üzrə elmlər doktoru, professor
professor

03.00.13 – insan və heyvan fiziologiyası

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, direktor

2

Zərbəliyeva Tamara Sultanovna

sədr müavini

biologiya üzrə fəlsəfə doktoru

03.00.18 – hidrobiologiya

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, elmi işlər üzrə direktor müavini

3

Nadirov Səlamət Nurağa oğlu

elmi katib

biologiya üzrə fəlsəfə doktoru

03.00.16 – ekologiya

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, elmi katib

4

Qasımov Rafiq 
Yunis-Əli oğlu

üzv

biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü
professor,
AMEA-nın müxbir üzvü

03.00.13 – insan və heyvan fiziologiyası

AMEA Fiziologiya İnstitutu, laboratoriya müdiri

5

Hacıyev Rauf Vahid oğlu

üzv

biologiya üzrə elmlər doktoru, professor

03.00.08 – zoologiya;
03.00.13 – insan və heyvan fiziologiyası

Bakı Dövlət Universiteti, Onurğalılar Zoologiyası kafedrası, professor

6

Bağırov Rauf Mömin oğlu

üzv

biologiya üzrə elmlər doktoru

03.00.18 – hidrobiologiya

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

7

Məmmədov Çingiz 
Ağamusa oğlu

üzv

biologiya üzrə fəlsəfə doktoru, dosent

03.00.10 – İxtiologiya

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

8

Məmmədov Elçin 
Vaqif oğlu

üzv

biologiya üzrə fəlsəfə doktoru

03.00.10 – ixtiologiya

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

9

Süleymanov Süleyman 
Şakir oğlu

üzv

biologiya üzrə fəlsəfə doktoru, dosent
dosent

03.00.08 – zoologiya

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

10

Palatnikov Qriqoriy Mixayloviç

üzv

biologiya üzrə fəlsəfə doktoru, dosent

03.00.13 – insan və heyvan fiziologiyası

AMEA Fiziologiya İnstitutu, baş elmi işçi

11

Hüseynova Gülarə
Həmid qızı

üzv

biologiya üzrə fəlsəfə doktoru

03.00.10 – ixtiologiya

ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi