• Bakı
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Sumqayıt
  • Gündüz +23°C,
  • Gecə +33°C
  • Naxçıvan
  • Gündüz +24°C,
  • Gecə +39°C
  • Xankəndi
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Xocalı
  • Gündüz +19°C,
  • Gecə +31°C
  • Xocavənd
  • Gündüz +18°C,
  • Gecə +30°C
  • Qubadlı
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Zəngilan
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Kəlbəcər
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Daşkəsən
  • Gündüz +18°C,
  • Gecə +28°C
  • Gədəbəy
  • Gündüz +17°C,
  • Gecə +28°C
  • Ağdam
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Cəbrayıl
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Füzuli
  • Gündüz +23°C,
  • Gecə +36°C
  • Gəncə
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Qazax
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Naftalan
  • Gündüz +25°C,
  • Gecə +35°C
  • Şəki
  • Gündüz +25°C,
  • Gecə +37°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Qəbələ
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Şamaxı
  • Gündüz +21°C,
  • Gecə +35°C
  • Zaqatala
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Xızı
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Siyəzən
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Şabran
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Quba
  • Gündüz +21°C,
  • Gecə +34°C
  • Qusar
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Xaçmaz
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Kürdəmir
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Yevlax
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağcabədi
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağdaş
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Göyçay
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Bərdə
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • İmişli
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Salyan
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Beyləqan
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Saatlı
  • Gündüz +24°C,
  • Gecə +38°C
  • Hacıqabul
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Masallı
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Lənkəran
  • Gündüz +24°C,
  • Gecə +35°C
  • Lerik
  • Gündüz +19°C,
  • Gecə +28°C
Saytın Xəritəsi

Mnemiopsis leidyi daraqlığı

 

Mnemiopsis leidyi (А. Agassiz), 1965 haqqında yeni Məlumat

Mnemiopsis leidyi əvvəlcə ballast suları ilə Qara dənizə düşmüş, Azov, Aralıq dənizlərində məskunlaşmış, bir neçə ildən sonra isə Xəzər dənizində müəyyən edilmişdir (Şəkil 1). Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra isə Xəzər dənizinə) düşməsini alimlər bu dənizlərin ekosistemlərinə gəlməsinin real müddətlərindən çox sonra müəyyən etmişlər. Beləliklə, Qara dənizdə jeleşəkilli daraqlısının görünməsi haqqında ilk qeyd 1982-ci ildə edilmişdir (Pereladov, 1988), növ kimi birinci qeydiyyat isə 1986-cı ildə meydana gəlmişdir (Zaytsev və s., 1988). Xəzər dənizində balıqçıların tora düşmüş jeleşəkilli daraqlısı haqqında ilk məlumatı 1996-cı ildə daxil olmuşdur və yalnız 1999-cu ildə bu növ Xəzər ETBTİ mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində ekspedisiya keçirərkən (Zaytsev, 2001) qeydə alınmışdır. Bunun nəticəsində yırtıcı jeleşəkilli daraqlısı Mnemiopsis leidyi 30 ildən artıqdır ki, Qara və Azov dənizlərinin ekosisteminə, 15 ildən artıq müddətdir ki, Xəzər dənizinə təsir göstərir.

Mnemiopsis leidyi Agassiz  Şəkil 1. Mnemiopsis leidyi Agassiz

Mnemiopsis Xəzər dənizində həm qidalanma şəraitlərin, ov ehtiyatlarının formalaşmasına, həm də ovun mühüm obyektlərindən olan nərəkimilərin, kilkələrin, kütümün və s. sayına mənfi təsir göstərir. 
2000-ci ildən başlayaraq Xəzəryanı ölkələrin mütəxəssisləri Mnemiopsis leidyi-nin sayı, biokütləsi və paylanması, onun dənizin biotasına təsiri dinamikasını öyrənmək məqsədilə monitorinq tədqiqatları aparmağa başladılar. Son 10 ilin tədqiqatları göstərir ki, Xəzər dənizində Mnemiopsis leidyi-nin biokütləsi hələ ki stabilləşməyib və ildən ilə artmaqdadır (Şəkillər 2 və 3). Mnemiopsis leidyi Xəzər dənizin bütün akvatoriyasında sürətlə yayılaraq, onun yem bazası olan zooplanktonun böyük hissəsini tükətmişdir. 
Şimali Xəzərdə zooplanktonun sayı 5, biokütlənin, xüsusən daha çox kopepodların sayı isə əhəmiyyətli dərəcədə, 6 dəfə azalmışdır. Cənubi Xəzərdə zooplanktonun biokütləsi kəskin azalmış (təxminən 10 dəfə), burada M. Leidyinin ən yüksək biokütlələri müəyyən edilmişdir (Shiganova et al., 2001; Kideys et al., 2001). Azərbaycanda, İranda, Rusiyada kilka balıqlarının ovunun fəlakətli şəkildə aşağı düşməsi qeydə alınmışdır.
Xəzər dənizinin sahil sularında (xüsusən Cənubi Xəzərdə) Mnemiopsis populyasiyasının ölçü tərkibinin spesifik xüsusiyyəti uzunluğu 10 mm-dən az olan xırda ktenoforların üstünlük təşkil etməsidir (80%-dən yuxarı) ki, bunun da bir neçə səbəbi ola bilər: Xəzər dənizində suyun duzluluğunun aşağı olması, Xəzər dənizində okeandan fərqlənən suyun tərkibindəki duzlar, həmçinin Xəzər dənizində Mnemiopsis üçün kifayət qədər qidanın olmaması. Mnemiopsis mühitin şəraitlərinə yüksək uyğunlaşma xüsusiyyətinə malik olduğuna görə uzunluğu 50 mm-ə qədər çatır və nəticədə yerli avtoxton faunaya da xas olan Xəzər dənizində jeleşəkilli daraqlısının yüksək sayda və aşağı biokütlədə olmasıdır.

Orta  Orta 

Şəkil. 2. Orta Xəzərdə mnemiopsisin biokütlə və sayının artması dinamikası 

Xəzərdə mnemiopsisin biokütlə və sayının artması dinamikası Cənubi Xəzərdə mnemiopsisin biokütlə və sayının artması dinamikası

Şəkil. 3. Cənubi Xəzərdə mnemiopsisin biokütlə və sayının artması dinamikası

Orta və Cənubi Xəzərin qərb şelfində jeleşəkilli daraqlısının biokütləsi və sayı yaydan payıza doğru əhəmiyyətli dərəcədə artır. 
Onun dənizlərin biotasına təsiri yırtıcı istiqamət daşıyır, bu da həm pelagik, həm də dib balıqlarının qida zəncirinin pozulmasına gətirib çıxarır. Xəzər dənizində Mnemiopsisin təsiri altında ovun əsas obyekti, plankton orqanizmləri ilə qidalanan ançousabənzər kilkanın ehtiyatları nəzərə çarpacaq dərəcədə zərər çəkmişdir. Eyni zamanda, nərənin, ağbalığın, uzunburunun, kütümün, çapaq balığının və digər qiymətli balıqların qida obyektləri olan dib onurğasızlarının plankton sürfələrini yeyən Mnemiopsisin təsiri ilə dib balıqlarının yem miqdarında dəyişikliklər qeydə alınmışdır. 
Son 10 ilin tədqiqatları göstərir ki, Xəzər dənizinin müxtəlif regionlarında su mühitinin hidroloji və hidrokimyəvi göstəricilərindən asılı olaraq gəlmə növ olan Mnemiopsis leidyi-nin biologiyası və paylanmasının spesifik xüsusiyyətlərə malikdir. Gəlmə növ olan Mnemiopsisin təsiri ilə Xəzər dənizinin ekosistemində aparılmış tədqiqatlar əsasında həm neqativ, həm də pozitiv davamsız ekosistem prosesləri müəyyən edilmişdir. 
Mnemiopsis leidyi-nin Xəzər dənizinin biotasına təsirinin tədqiqi göstərmişdir ki, jeleşəkilli daraqlısının gətirilməsi nəticəsində fitoplanktonun keyfiyyət strukturu əsaslı surətdə artmış və yaxşılaşmışdır: onun növ biomüxtəlifliyi 2 dəfədən çox artmış, tərkibində xırda hüceyrəli, yüksək kalorili yosunlar üstünlük təşkil etməyə başlamışdır. Bu zooplanktonun say və biokütləsinin artması üçün əlverişli şəraiti müəyyənləşdirdi. Avtoxton Xəzər növləri Eurytemora grimmi və Limnocalamus grimmaldi-nin əvəzinə Acartia clausi üstünlük təşkil etməsi (90-95%-dək) Xəzər kilkələrinin istifadə etdikləri qidanın biokimyəvi tərkibinin dəyişməsini müəyyənləşdirdi ki, bu da öz növbəsində, kilkələrin fərdi çəki və ölçüsünün artmasına kömək edir.
Cənubi və Orta Xəzərin qərb sahilində Mnemiopsisin sayı, biokütləsi və paylanması öyrənilərkən, onun zoobentosun növ tərkibinə və biokütləsinə təsiri də müəyyən edilmişdir. Əvvəllər gətirilmiş Aralıq dənizi orqanizmlərinin (abralar, mitilyaster, balyanus, yengəc) sürfələrini yeyən Mnemiopsis gətirilmə növlərin endemik Xəzər faunasına hücumunun qarşısını alır. 
Beləliklə, 1990-cı illərin axırlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş jeleşəkilli daraqlısı orqanizmi Mnemiopsis leidyi dənizin akvatoriyasında sürətlə yayılaraq, dənizin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurmuşdur. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükətmiş, bu da qida zənciri boyunca nərəkimilərin, yırtıcı siyənəklərin və digərlərinin qida bazasının azalması ilə nəticələnmişdir. Bundan əlavə kilkalar insanın qidada və texniki məqsədlər üçün – balıq ununun hazırlanmasında istifadə etdiyi məhsuldur. Dolayısı ilə dib heyvanlarının (molyusklar, yengəclər və s.) plankton sürfələrini tükətməklə, Mnemiopsis həmçinin bentosla qidalanan balıqların – nərəkimilər, çəkikimilər və s. yem bazasını məhv edir. Son 10 il (2001-2013-cü illər) ərzində aparılmış Mnemiopsis leidyi-nin monitorinq tədqiqatları Cənubi və Orta Xəzərin qərb sahilində Mnemiopsisin say və paylanmasının qanunauyğunluqlarını müəyyənləşdirmişdir: Mnemiopsisin biokütləsi və sayı dənizin dərinliyi artdıqca azalır. Mnemiopsisin sayının 60% Kür çayının mənsəbindən cənubda toplanıb. Mnemiopsisin 50%-i 10 m-ə qədər, 87%-i isə 75 m-ə qədər dərinlikdə müəyyən edilmişdir. Mnemiopsis populyasiyasının 0-5, 6-10 mm ölçü qrupuna daxil olan cavan fərdlər Orta Xəzərdə 95%-ni, Cənubi Xəzərdə isə 91%-ni təşkil edir. Orta Xəzərdə Mnemiopsisin maksimal ölçüsü 36-40 mm, Cənubda isə 66-70 mm təşkil edir. Onun biokütləsi və sayı illər üzrə tərəddüd edərək, 2011-ci ildə bütün müşahidə illəri üzrə maksimum göstəricini təşkil etmişdir (Şəkillər 2 və 3), bu da zooplankton və zoobentosla qidalanan balıqların ov ehtiyatlarının formalaşmasına mənfi təsir göstərməyə bilməz.