• Bakı
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Naxçıvan
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Xankəndi
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Şuşa
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Xocalı
  • Gündüz +4°C,
  • Gecə -5°C
  • Xocavənd
  • Gündüz +4°C,
  • Gecə -4°C
  • Qubadlı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Zəngilan
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Laçın
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Kəlbəcər
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Daşkəsən
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Gədəbəy
  • Gündüz +2°C,
  • Gecə -7°C
  • Ağdam
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Cəbrayıl
  • Gündüz +6°C,
  • Gecə -3°C
  • Füzuli
  • Gündüz +7°C,
  • Gecə -2°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Qazax
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Naftalan
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +2°C
  • Ağstafa
  • Gündüz +7°C,
  • Gecə +10°C
  • Qəbələ
  • Gündüz +5°C,
  • Gecə -2°C
  • Şamaxı
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Zaqatala
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Xızı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Siyəzən
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Şabran
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz 0°C,
  • Gecə +9°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Ağdaş
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +3°C
  • Bərdə
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Salyan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Saatlı
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Masallı
  • Gündüz +12°C,
  • Gecə +7°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +7°C
  • Lerik
  • Gündüz +5°C,
  • Gecə -2°C
Saytın Xəritəsi

Görülən işlər

 

2016-cı il ərzində su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində görülmüş işlər

 

Xıllı Nərə Balıqartırma Zavodu

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabəçiliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində 2016-cı il ərzində 406.58 mln ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni yolla artırılaraq respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb. Bütün balıq növləri üzrə müəyyən edilmiş proqnozlara 91% əməl olunub.

2016-cı il ərzində balıq ehtiyatlarının artırılması sahəsində müəssisələr üzrə göstəricilər aşağıdakı kimi olub:

    Nərə balıqartırma zavodları (NBZ) üzrə:

  • Xıllı NBZ- 5.4 mln ədəd- 57%
  • S.Q.Kərimov adına Kür-Təcrübi NBZ - 0.6302 mln ədəd- 57%
  • Şirvan NBZ - 0.380 mln ədəd - 7%
  • C.Cavadov adına Kür-Ağzı NBZ - 1.54 mln ədəd-26%

    Qızıl balıqartırma zavodları (QBZ) üzrə:

  • Q.Yusifov adına Qəbələ QBZ -63.7 min ədəd-1.1 dəfə çox
  • Çaykənd QBZ- 78.0 min ədəd-1.08 dəfə çox
  • Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu-58.1 min ədəd-1.21 dəfə çox

Çəkikimi balıqartırma təsərrüfatları üzrə göstəricilər belədir:

  • Tovuz Balıqartırma Təsərrüfatı- 13.3 mln ədəd- 100%
  • Varvara Balıqartırma və Balıqyetişdirmə Zavodu- 8.5 mln ədəd- 100%
  • Dəvəçi Balıqartırma Məntəqəsi - 48.6 mln ədəd- 97%
  • Kiçik Qızılağac BT - 223.3 mln ədəd-81%
  • C.Cavadov adına Kür-Ağzı NBZ- 75.7 mln ədəd-100%
  • Kür-təcrübi NBZ -9.6 mln ədəd
  • Şirvan NBZ -19.43 mln ədəd

Bundan əlavə, nərə balıqartırma zavodlarında nərə cinsli balıqların artırılması ilə yanaşı çəki balığının inkubasiyası həyata keçirilərək Kür çayına və Xəzər dənizinə buraxılıb.

Beləliklə, 2016-cı il ərzində departamentin balıqartırma müəssisələri tərəfindən ümumilikdə aşağıdakı miqdarda balıq körpələri artırılaraq təbii su hövzələrinə buraxılıb:

Nərəcinsli balıq körpələrinin buraxılışı-7.57 mln ədəd-38%

Qızılbalıqlar üzrə buraxılış - 199.8 min ədəd-1.1 dəfə çox

Çəkikimilər üzrə buraxılış-398.81 mln ədəd-93%

Cəmi- 406.5 mln ədəd- 91%

Yenikənd Balıqartırma Meliorasiya Təsərrüfatı Yenikənd su anbarında məhsuldarlığın artırılması məqsədi ilə meliorasiya tədbirlərin keçirilməsini, habelə balıq körpələrinin köçürülməsini həyata keçirir.

Hesabat ili ərzində departament tərəfindən balıqçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq 9 hüquqi və 146 fiziki şəxsə balıq ehiyatlarından sənaye məqsədlərilə istifadə etmək hüququ verilib və bu məqsədlə  317 ton kilkə, 115,3 ton siyənək və 364.65 ton axçalı balıqların ovuna kvotalar ayrılıb. Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 2.1 ton nərə cinsli, çəkikimi balıqların artırılması ilə məşğul olan zavodlar tərəfindən törədici balıqların tədarüki və hipofiz hazırlanması (törədici balıqların cinsi yetişkənliyə çatmasını sürətləndirmək) məqsədilə 7,7 ton çəkikimilərin ovuna kvotalar ayrılıb. 

Elmi-tədqiqat məqsədləri üçün 2 ton nərə cinsli balıq növlərinin ovlanmasına icazələr verilib.

2016-cı il ərzində departament tərəfindən müstəqil və su nəqliyyatında polis idarəsinin əməkdaşlarının iştirakı ilə 246 qanun pozuntusu aşkar edilib. 103 nəfər şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilərək barələrində 92 protokol və 154 akt tərtib edilib. Bioloji resurslara vurulmuş ziyanla bağlı 40667 manat məbləğində iddia, 5700 manat məbləğində cərimə tərtib edilib. 

Tədbir görülməsi üçün rayon məhkəmələrinə 3, hüquq-mühafizə orqanlarına isə 86 iş göndərilib. 4 işə inzibati qaydada departament tərəfindən baxılıb.

Qanunvericilik

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 avqust tarixli 262 s nömrəli sərəncamına əsasən aşağıda göstərilən normativ hüquqi sənədlərin layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib:

-“Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”;

-“Balıq və digər su bioresurslarının ovu və mühafizəsi Qaydaları”;

-“Akvakulturanın həyata keçirilməsi Qaydası”;

-“Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması Qaydaları”;

-“Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”;

-“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”;

-“Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”;

-“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında” Əsasnamə;

-“Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 962 nömrəli Fərmanı ilə “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə” təsdiq edilib. Digər layihə sənədləri aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.