• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

GEOFİZİKA

Təbiət elmlərindən olub, Yer kürəsi və onu əhatə edən mühitdə baş verən fiziki prosesləri öyrənir. Geofizika termini adətən yerin forması, onun fiziki xüsusiyyətlərini əks etdirən qravitasiya, geomaqnit, geoelektrik sahələrini, daxili quruluşu və strukturunu, endogen proseslərin dinamikası və onun tavalar tektonikasındaəks olunmasını (səthdə), maqma generasiyası, vulkanizm və dağsüxurlarının əmələ gəlməsini, filiz, qeyri-filiz, termal, mineral və şirin su hövzələrinin tədqiqində geniş istifadə olunur.

Müasir geofizika artıq planetar su tsklini, (qaz və buzluq şəbəkəsi), atmosfer və okeanların cari dinamikasını, maqnitosfer və ionosferdə elektromaqnit dəyişmələrini, Günəş-Yer qarşılıqlı münasibətləri istiqamətində geniş spektrli tədqiqatların aparılmasına şərait yaratmışdır. Keçən əsrin sonlarında Geofizika məsafədən zondlama metodikasına istinadən Yerin sərt qabığı və okeanların, eləcə də Tavalar tektonikası nəzəriyyəsinin inkişaf etdirilməsində ciddi nailiyyətlər qazanmışdır. İnsanların sosial tələbatları istiqamətində mineral-xammal ehtiyatlarının axtarışı və kəşfiyyatı, təbii geoloji fəlakətlərin proqnozu və təsirinin azaldılmasında, ətraf mühitin qorunmasında müvəffəqiyyətlə tətbiq olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində filiz və qeyri-filiz təzahür və yataqlarının axtarış kəşfiyyatı, mühəndis-geoloji və regional geoloji tədqiqatların aparılmasında geofizikanın müstəsna əhəmiyyəti nəzərə alınaraq 2018-ci ilin avqust ayında yeni Geofiziki Ekspedisiya yaradılmaqla geofiziki tədqiqatların kordinasiya olunmasına şərait yaradılmışdır. Yeni texnoparkın formalaşması müasir metodika və metodologiyaların cəlb edilməsi ilə daha mürəkkəb geoloji məsələlərin həllinin optimallaşdırılması və informativliyinin təmin edilməsinə şərait yaradılmışdır. Yaxın gələcəkdə Milli Geoloji Kəşfiyyat Xidməti Geofiziki Ekspedisiyasında geofizki tədqiqatların istiqamətləri əsas prioritləri aşağıdakı kimi müəyyənləşdirilmişdir.

• Seysmik kəşfiyyatı-Yer qabığının (0-60 km) dərinlik geoloji- tektonik quruluşunun öyrənilməsi, geodinamik, seysmotektonik və regional və lokal tektonik rayonlaşdırma.

• Qravikəşfiyyat-Filiz yataqlarının axtarış və kəşfiyyatı, ehtiyatların hesablanması.

• Maqnit kəşfiyyatı-Filiz və qeyri-filiz təzahür və yataqlarının axtarışı və kəşfiyyatı, regional geoloji tektonik proseslərin öyrənilməsi

• Elektrik kəşfiyyatı-Geoloji kəsilişin üst hissəsinin modelləşdirilməsi, mühəndisi-geoloji tədqiqatlar, şirin, termal və mineral suların axtarış və kəşfiyyatı,qiymətləndirməsi və ehtiyatlarının hesablanması, ətraf mühütin mühafizəsi və ekoloji problemlərin həlli.

• Nüvə geofizikası-Filiz və qeyri filiz yataq və təzahürlərinin axtarışı və kəşfiyyatı, radioktiv rayonlaşdırma xəritələrinin hazırlanması. 2018-2020-ci illərdə Geofizik tədqiqatların layihələndirildiyi əsas regionlar və həll ediləcək geoloji-geofiziki məsələlər:

1. Filiz və qeyri-filiz axtarış və kəşfiyyat geofizikası- Kiçik Qafqazın Tüllallar, Buzluq-Göygöl, Slavyanka-Moruqludağ, Elvor, Əzgilli, Böyük Qafqazın Acınohur və Küngütlü sahələrində qızıl və digər filiz yataqların axtarış və axtarış-qiymətləndirmə işləri

2. Mühəndisi-geoloji və Ekzogen geoloji proseslərinin tədqiqi - Azərbaycan Respublikası ərazisində 9, Abşeron yarımadası ərazisində isə 8 aktiv sürüşmə sahəsində geofiziki tədiqaqatlar və monitorinqin aparılması

3. Geofiziki planalma – Ağsu, Qonaqkənd-Yerfi, Nüqədi və Qəbələ sahələri üzrə geofiziki planalma işləri

4. Yerin dərinlik quruluşunun öyrənilməsi, mineragenik rayonlaşdırma- Kiçik Qafqazın şimal-şərq kəsimi və Ələt-Lənqəbiz sırasının dərinlik quruluşunun öyrənilməsi, palçıq vulkanlarının geoloji-tektonik şəraitdən asılılığının araşdırılması.

5. Geodinamik və seysmotektonik rayonlaşdırma, endogen dinamik proseslərin termor ölçmələri-Abşeron periklinalı, Mingəçevir-Şəmkir və Şamaxı-İsmayıllı geodinamik poliqonlarında geofiziki və digər sahələrin monitorinqi, Abşeron yarımadasının seysmik mikrorayonlaşdırılması məqsədilə kompleks geofiziki tədqiqatlar.

Geofiziki ekspedisiyanın mövcud imkanları 

-Bütün növ filiz, qeyri-filiz, tikinti materialları yataq və təzahürlərinin axtarış və kəşfiyyatı, ehtiyatların hesablanması və qiymətləndirilməsi məqsədli yerüstü geofiziki tədqiqatların aparılması;

-Bütün növ yeraltı suların axtarış və kəşfiyyatı;

-Mühəndisi-geoloji tədqiqatlar;

-Regional geoloji tədqiqatların aparılması:

-Təbii geoloji risklərin proqnozu və qiymətləndirilməsində tremor ölçməıər;

-Ətraf mühitin qorunması istiqamətli digər tədqiqatların aparılması.

  

Geofiziki Ekspedisiyanın texnoparkı 

  • LAKKOLİT X-3 M seysmik kəşfiyyatı stansiyası;
  • Delta 03, Delta 02 tipli seysmik kəşfiyyatı stansiyaları;
  • ERP-1, ERA-MAX, ERA-B-ZNAK, AE-72 elektrik kəşfiyyatı stansiyaları;
  • QNU-KB qravimetrləri;
  • MMP-203, M-60, M-30, MİNİMAQ maqnitometrləri;
  • RQA-500 radiometrləri;
  • Presiometrlər;
  • ADU-01 kompleksləri;
  • KARS-1 muxtar seysmik kəşfiyyat stansiyası;
  • MİSKİN SAMPLES nümunə götürənləri;
  • SMOV-24 seysmik kəşfiyyatı stansiyası. 

Ekspedisiyada Analitik İnformasiya qrupu fəaliyyət göstərməkdədir.