• Bakı
  • Gündüz +6°C,
  • Gecə +4°C
  • Sumqayıt
  • Gündüz +5°C,
  • Gecə +3°C
  • Naxçıvan
  • Gündüz +7°C,
  • Gecə -4°C
  • Xankəndi
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Şuşa
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Gədəbəy
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Cəbrayıl
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Füzuli
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Gəncə
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Qazax
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Naftalan
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Şəki
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Ağstafa
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +6°C,
  • Gecə -2°C
  • Şamaxı
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Siyəzən
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şabran
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Qusar
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Xaçmaz
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Kürdəmir
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Yevlax
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Ağcabədi
  • Gündüz +5°C,
  • Gecə +4°C
  • Ağdaş
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Göyçay
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Bərdə
  • Gündüz +7°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +6°C,
  • Gecə +5°C
  • Salyan
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Saatlı
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Hacıqabul
  • Gündüz +7°C,
  • Gecə +5°C
  • Masallı
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Lənkəran
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Lerik
  • Gündüz +3°C,
  • Gecə 0°C
Faydalı Bölmələr

Nərə balıqları – Xəzərin ən qiymətli varlığıdır

Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsi olub, bütün göllərinin və daxili dənizlərinin su həcminin 44 %-ni təşkil edir. Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan və təkamülü 300 milyon il təşkil edən nərə balıqlarıdır. Onlar 65 milyon il əvvəl yaşayan dinozavrlardan da qədimdirlər.

Dünyanın hər hansı yerindən daha çox Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80 %-ı cəmləşib. Xəzər dənizi hövzəsində, çaylar daxil olmaqla, cəmi 153 üç balıq növü var ki, bunların 81 növü endemiklərdir, yəni planetin heç hansı bir yerində yoxdur və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzər dənizində relikt və endemik olan 6 növ nərə cinsli balıqları yaşayır: bölgə, rus nərəsi, kür nərəsi, kələmo, uzunburun və çökə.

Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20  ildə kəskin azalmışdır və keçən əsrin 80-ci ilə müqayisədə 30 dəfə azalaraq, vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. Nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri bir neçə faktordur:

1) 90-cı illərdə brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması;

2) kürütökülən əksər çaylarda, və hər şeydən əvvəl Kür çayında bəndlərin salınması;

3) Xəzər dənizinin çirkləndirilməsi;

4) bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması;

5) yabanı orqanizmlərinin dənizə düşməsi ilə və onların mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması.

Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır, həmçinin eyni səbəblərdən Xəzərin Azərbaycan sektorunda nərə balıqlarının ehtiyatı kəskin azalmış və dənizdə ümumi ehtiyatının 12-15 % təşkil edir.

Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatmışdır. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı və 40 min tondan çox ərzaq balıq məhsulu istehsal olunurdu. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi həcmi 55 min tondan 9 min tona aşağı düşmüşdür, hal-hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil.

Hal-hazırda nərə çinsli balıqların populyasiyalarının mövcudluğu və artması balıqartırma zavodlarının hesabına mümkündür. Keçən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə çinsli balıqların təbii çoxalması və kürü tökülməsi daha mümkün deyil.

Buna görə də Xəzəryanı ölkələrdə hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün ölkələrdə nərə balıqartırma zavodları tikilmişdi. Bu gün Xəzər dənizində nərə populyasiyaların mövcudluğu demək olar ki 99%-ı həmin zavodların fəaliyyəti hesabınadır.

2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratoriumu haqqında ümumiəhatəli beştərəfli Sazişin qəbuluna qədər, Xəzəryanı ölkələr ayrı-ayrılıqda nərə balıqlarının ovu üzrə texniki moratoriumu saxlayırlar. Lakin bütün bu tədbirlərə baxmayaraq, son illərdə nərə balıqlarının ehtiyatının kəskin azalması nəticəsində, hətta onların süni çoxaldılması məqsədləri üçün ana-törədici balıqların çatışmaması ilə əlaqəli çətinliklər yaranmışdır.

Buna görə də son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisələrində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlərdir çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərə cinsli balıq körpələri buraxılır.