• Bakı
  • Gündüz +6°C,
  • Gecə +4°C
  • Sumqayıt
  • Gündüz +5°C,
  • Gecə +3°C
  • Naxçıvan
  • Gündüz +7°C,
  • Gecə -4°C
  • Xankəndi
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Şuşa
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Xocalı
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Xocavənd
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Qubadlı
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Zəngilan
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Laçın
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Kəlbəcər
  • Gündüz +3°C,
  • Gecə -4°C
  • Daşkəsən
  • Gündüz +3°C,
  • Gecə -3°C
  • Gədəbəy
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Ağdam
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Cəbrayıl
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Füzuli
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Gəncə
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Qazax
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Naftalan
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Şəki
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Ağstafa
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Qəbələ
  • Gündüz +6°C,
  • Gecə -2°C
  • Şamaxı
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Zaqatala
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Xızı
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Siyəzən
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Şabran
  • Gündüz +6°C,
  • Gecə +2°C
  • Quba
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Qusar
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Xaçmaz
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Kürdəmir
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Yevlax
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Ağcabədi
  • Gündüz +5°C,
  • Gecə +4°C
  • Ağdaş
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Göyçay
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Bərdə
  • Gündüz +7°C,
  • Gecə +5°C
  • İmişli
  • Gündüz +6°C,
  • Gecə +5°C
  • Salyan
  • Gündüz +8°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Saatlı
  • Gündüz +6°C,
  • Gecə +3°C
  • Hacıqabul
  • Gündüz +7°C,
  • Gecə +5°C
  • Masallı
  • Gündüz +7°C,
  • Gecə +3°C
  • Lənkəran
  • Gündüz +7°C,
  • Gecə +4°C
  • Lerik
  • Gündüz +3°C,
  • Gecə 0°C
Faydalı Bölmələr

Monitorinq sahəsində movcud vəziyyət, əldə olunmuş nailiyyətlər və qarşıya qoyulmuş məqsədlər

Ölkə ərazisində monitorinq sisteminə atmosfer havası, yağıntılar (yağış, qar), torpaq, su mühitinin çirklənmə vəziyyətinin, o cümlədən radioaktiv çirklənmənin, bioloji sərvətlərin (flora və fauna), onlarda təbii və antropogen təsirlər nəticəsində gedən proseslərin müşahidəsi, qiymətləndirilməsi, proqnozlaşdırılması, təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi, ətraf mühitin vəziyyətinə dair məlumatlar bankının yaradılması, operativ və rejim məlumatlarının (bülleten, arayış, icmal, hesabat və s.), illik məlumat toplularının hazırlanması, yayımlanması və digərləri daxildir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunun 17-ci maddəsinin 3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə hazırlanmış və Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir. 

Ölkəmiz müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq konvensiyalara qoşuldu. Ətraf mühit sahəsi üzrə konvensiyaların tələblərinə uyğun olaraq müsbət nəticələr ilə səciyyələnən öhdəliklərin və eləcə də düzgün ekoloji siyasətin yürüdülməsi üçün köklü dəyişikliklər edildi. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzalandı. Avropa Qonşuluq Siyasəti Çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında Fəaliyyət Planı qəbul edildi. Mərhələlərlə bu planın həyata keçirilməsinə başlandı. 

Ətraf mühit və təbii ehtiyatların düzgün idarə və səmərəli istifadə edilməsi onların keyfiyyəti barədə dəqiq məlumatların olmasını tələb edirdi. Bu baxımdan ətraf mühit komponentləri üzərində aparılan analizlərin keyfiyyətinə təminat verilməlidir. Bunun üçün ilk növbədə Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin tərkibində fəaliyyət göstərən laboratoriyalar kompleksi akkreditasiya şərtlərinə uyğun olaraq yenidən quruldu, eləcə də reprezentativ müşahidə məntəqələri təmir olunaraq müasir analitik cihaz və avadanlıqlarla təchiz edildi.

Su ehtiyatlarımızın 70%-ni təşkil edən transsərhəd Kür və Araz çayları üzərində operativ fəaliyyət göstərən analitik su laboratoriyaları yaradılaraq  qısa müddətdə məqsədyönlü fəaliyyətləri təmin edildi.

Eləcədə mütəxəssislərdən ibarət operativ monitorinq qrupu yaradıldı. Bu qrupun fəaliyyətini tam təmin etmək üçün bir çox daşınan portativ ölçü cihazları və avadanlıqları alındı.

Ətraf mühitin keyfiyyəti üzərində nəzarət sisteminə səs-küy və vibrasiya, eləcədə səth sularının keyfiyyətinə Su Çərçivə Direktivlərinin tələblərinə uyğun olaraq bioloji və hidromorfoloji monitorinqlər əlavə edildi. Bu işlərin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən bioloji monitorinq laboratoriyası yaradıldı və müasir cihaz və avadanlıqlar alınaraq fəaliyyətləri təmin edildi. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin texniki yardımı ilə sərhəd bölgələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün avtomatlaşdırılmış şəbəkə yaradıldı. Hal-hazırda məlumatlar şəbəkədən avtomatik olaraq iki mərkəzə - Fövqaladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ötürülür, gündəlik radioloji vəziyyət qiymətləndirilir.

Monitorinq şəbəkəsinin genişləndirilməsi və onun daha da inkişaf etdirilməsi istiqamətlərində işlər uğurla davam etdirilir. Belə ki, müvafiq layihələr çərçivəsində 5 Regional Kompleks Monitorinq Laboratoriyalarının yaradılması planlaşdırılıb. Artıq Gəncə və Masallı RKML-in strukturu təsdiqlənmiş və fəaliyyətlərinin  təşkili üzrə işlər aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli, 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın müddəalarının icrasının təmin edilməsi məqsədi ilə 2010-cu il 29 iyun tarixli birgə əmrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında Ekologiya üzrə Texniki Komitə yaradılmış və nəzərdə tutulmuş işlərin səmərəli və operativ həyata keçirilməsi üçün ətraf mühitin idarə olunması, havanın, suyun və torpağın keyfiyyəti üzrə alt komitələr təşkil edilmişdir. Komitənin işçi qrupları tərəfindən bir çox standartlar işlənmiş və təsdiq edilmişdir. Onların ölkə ərazisində tətbiqinə başlanılmışdır.

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məqsədlərindən biri Bakı şəhərində, sonra isə mərhələlərlə digər iri sənaye şəhərlərində atmosfer havasının çirklənməsinə nəzarət üzrə avtomatlaşdırılmış stansiyaların qurulmasına nail olmaqdır. Bu istiqamətdə demək olar ki, qüvvədə olan hüquqi normativ sənədlər beynəlxalq standartlara uyğunlaşdırılıb və yeni “Dövlət monitorinqinin aparılması qaydaları” təsdiq edilib. Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinq sisteminin Aİ Direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə təmin olunması nəzərdə tutulub. Öhdəlikdə fasiləsiz fəaliyyət göstərən üçüncü nəsil avtomatik stansiyaların quraşdırılması tələb olunur. Bununla əlaqədar, 1 ədəd onlayn rejimdə çalışan müşahidə stansiyası alınmış və stansiyanın 2016-cı ilin may ayından etibarən  H.Əliyev pr.10 ünvanında fəaliyyəti təmin edilmişdir. Hazırda hər gün bu stansiyadan atmosfer havasında olan PM10 dispers tozu, NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun  səviyyəsi üzrə məlumatlar alınır.

Azərbaycan Respublikası tərəfindən 2002-ci ildə ratifikasiya edilmiş Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının “Böyük Məsafələrdə Havanın Transsərhəd Çirkləndirilməsi Haqqında Konvensiya”nın tələblərinə uyğun olaraq “Avropada hava çirkləndiricilərin böyük məsafələrə yayılmasına nəzarət edilməsi və yayılmanın qiymətləndirilməsinin birgə proqramı” –(EMEP) üzrə atmosfer havasının fon monitorinqi stansiyası Altıağac Milli Parkı ərazisində (Xızı meteoroloji stansiyası)  2012-ci ilin fevral ayından fəaliyyətə başlamışdır.

2018-ci ilin may ayında Tvinninq layihəsi çərçivəsində alınmış “Transmitter AQT 420” hava keyfiyyət ötürücüsü Nazirliyin inzibati binasında quraşdırılmışdır. Cihaz  azot 4- oksid (NO2), kükürd qazı (SO2), karbon oksid (CO), PM 2.5, PM 10 və ozon (O3) kimi ən çox yayılmış hava çirkləndiricilərinin ölçməsini həyata keçirir.