• Bakı
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Sumqayıt
  • Gündüz +23°C,
  • Gecə +33°C
  • Naxçıvan
  • Gündüz +24°C,
  • Gecə +39°C
  • Xankəndi
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Xocalı
  • Gündüz +19°C,
  • Gecə +31°C
  • Xocavənd
  • Gündüz +18°C,
  • Gecə +30°C
  • Qubadlı
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Zəngilan
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Kəlbəcər
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Daşkəsən
  • Gündüz +18°C,
  • Gecə +28°C
  • Gədəbəy
  • Gündüz +17°C,
  • Gecə +28°C
  • Ağdam
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Cəbrayıl
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Füzuli
  • Gündüz +23°C,
  • Gecə +36°C
  • Gəncə
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Qazax
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Naftalan
  • Gündüz +25°C,
  • Gecə +35°C
  • Şəki
  • Gündüz +25°C,
  • Gecə +37°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Qəbələ
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Şamaxı
  • Gündüz +21°C,
  • Gecə +35°C
  • Zaqatala
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Xızı
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Siyəzən
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Şabran
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Quba
  • Gündüz +21°C,
  • Gecə +34°C
  • Qusar
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Xaçmaz
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Kürdəmir
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Yevlax
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağcabədi
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağdaş
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Göyçay
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Bərdə
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • İmişli
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Salyan
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Beyləqan
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Saatlı
  • Gündüz +24°C,
  • Gecə +38°C
  • Hacıqabul
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Masallı
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Lənkəran
  • Gündüz +24°C,
  • Gecə +35°C
  • Lerik
  • Gündüz +19°C,
  • Gecə +28°C
Saytın Xəritəsi

Ətraf mühitin radioaktivliyi

 

Ətraf mühitin radioaktivliyi

Ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahəsində fəaliyyət “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir) ilə həyata keçirilir.
Təbii mühitin radiasiya şəraitinə 2 göstərici üzrə nəzarət edilir:

  • təbii radiasiya fonu;
  • atmosfer aerozollarının ümumi β-radioaktivliyi

Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə edən 41 müşahidə məntəqəsində olmaqla 36 nöqtədə gün ərzində 3 dəfə olmaqla saat 09:00, 15:00, 18:00 radələrində, digər 5 nöqtədə (Oğuz, Şamaxı, Maştağa, Xanlar, Kürdəmir) radiasiya fonu haqqında məlumatların fövqəladə hallarda verilməsi nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi çərçivəsində AEBA tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sisteminin quraşdırılması təmin edilmişdir. Hal-hazırda ölkə ərazisində radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi normal fəaliyyət göstərməkdədir və əldə olunan monitorinq məlumatları hər yarım saatdan bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür. Gündəlik aparılan monitorinqin nəticələri əsasında “Respublika ərazisində təbii mühitin faktiki radiasiya şəraiti” adlı gündəlik bülleten hazırlanaraq, ölkənin qərar qəbul edən şəxslərinə, dövlət orqanlarına, KİV-ə təqdim olunur və İnternetdə yerləşdirilir.

Ətraf mühitin radioaktivliyi

Günəş şüalarının fəallığından asılı olaraq gündəlik radiasiya fonu respublika ərazisində mövsümlər üzrə dəyişkəndir. Belə ki, daxil olan məlumatların təhlili göstərir ki; Bakı-Abşeron zonasında gündəlik radiasiya fonu qış mövsümündə 7-12 mkR/saat, yaz mövsümündə 8-13 mkR/saat, yay mövsümündə 7-13 mkR/saat, payız mövsümündə isə 7-13 mkr/saat arasında dəyişir və təbii fondan cüzi kənaraçıxma müşahidə olunur. Ümumilikdə isə bu zonada gündəlik radiasiya fonu 7-13 mkR/saat arasında müşahidə edilir və təbii fon daxilində dəyişir.

Naxçıvan MR-in ərazisində gündəlik radiasiya fonu qış mövsümündə 10-15 mkR/saat, yaz mövsümündə 9-15 mkR/saat, yay mövsümündə 10-15 mkR/saat, payız mövsümündə isə 10-16 mkR/saat arasında dəyişir. Naxçıvan MR-nın ərazisində gündəlik radiasiya fonu 10-16 mkR/saat arasında (təbii fon daxilində) müşahidə еdilir. Daşkəsən-Gədəbəy zonasından daxil olan müşahidə məlumatlarına əsasən, bu zonada gündəlik radiasiya fonu qış mövsümündə 6-9 mkR/saat, yaz mövsümündə 6-10 mkR/saat, yay mövsümündə 6-12 mkR/saat, payız mövsümündə isə 6-11 mkR/saat arasında dəyişir. 
Gündəlik radiasiya fonu isə 6-12 mkR/saat arasında (təbii fon daxilində) müşahidə edilir. Gəncə-Qazax zonasında gündəlik radiasiya fonunun göstəriciləri aşağıdakı kimi dəyişir: qışda 6-13 mkR/saat, yazda 8-13 mkR/saat, yayda 8-16 mkR/saat, payızda isə 8-14 mkR/saat. Göründüyü kimi mövsümlər üzrə bu zonada gündəlik radiasiya fonunun göstəricilərində elə də böyük dəyişikliklər baş vermir. Ümumilikdə isə Gəncə-Qazax zonasında gündəlik radiasiya fonu 6-16 mkR/saat arasında dəyişir və təbii fondan kiçik kənaraçıxmalarla müşahidə olunsa da, bunlar mövsümi xarakter daşıyır. Zaqatala-Şəki, Şamaxı-Quba zonasında dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindin asılı olaraq təbii fon digər zonalara nisbətən yüksəkdir. Belə ki, bu zonanın gündəlik radiasiya fon göstəriciləri qış mövsümündə 7-23 mkR/saat, yaz mövsümündə 7-23 mkR/saat, yay mövsümündə 9-23 mkR/saat, payız mövsümündə isə 7-23 mkR/saat olmuşdur. Bu zonada gündəlik radiasiya fonu göstəricilərinin yüksək olmasına baxmayaraq,  təbii fon daxilində (7-23 mkR/saat) dəyişir. 
Mərkəzi Aran zonasındakı məntəqələrdən daxil olan müşahidə məlumatlarına əsasən bu zonada gündəlik radiasiya fonu mövsümlər üzrə aşağıdakı kimi dəyişir: qışda 6-16 mkR/saat, yazda 6-17 mkR/saat, yayda 6-17 mkR/saat, payızda isə 6-17 mkR/saat olmuşdur. Bütün mövsumlərdə bu zonada kiçik amplitudalarda kənaraçıxmalar müşahidə olunur, lakin bunlar mövsümi xarakter daşıyır. Ümumilikdə isə bu zonada gündəlik radiasiya fonu (6-17 mkR/saat) təbii fon daxilində dəyişir. Lənkəran-Astara zonasında gündəlik radiasiya fonu qış mövsümündə 6-17 mkR/saat, yaz mövsümündə 6-18 mkR/saat, yay mövsümündə 6-18 mkR/saat, payız mövsümündə 7-17 mkR/saat arasında dəyişir. Bu zonada gündəlik radiasiya fonu (6-18 mkR/saat) təbii fon daxilində dəyişir. Təbii fondan cüzi kənaraçıxmalar müşahidə olunsa da, bu mövsümi xarakter daşıyır. Zaqatala-Şəki, Şamaxı-Quba zonasında dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fon digər zonalara nisbətən yüksəkdir. Аtmosfer aerozollarının ümumi b-radioaktivliyi üzrə müşahidələr ölkənin 11 məntəqəsində (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Zaqatala, Şəki, Quba, Naxçıvan, Ağstafa, Ağcabədi və Neft daşlarında) aparılır. Ümumilikdə respublika ərazisində radiasiya səviyyəsi təbii fon daxilində dəyişir