• Bakı
  • Gündüz +5°C,
  • Gecə +1°C
  • Sumqayıt
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Naxçıvan
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Xankəndi
  • Gündüz -2°C,
  • Gecə -6°C
  • Şuşa
  • Gündüz -3°C,
  • Gecə -10°C
  • Xocalı
  • Gündüz -1°C,
  • Gecə -9°C
  • Xocavənd
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Qubadlı
  • Gündüz +2°C,
  • Gecə -6°C
  • Zəngilan
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə -10°C
  • Kəlbəcər
  • Gündüz -3°C,
  • Gecə -10°C
  • Daşkəsən
  • Gündüz +1°C,
  • Gecə -7°C
  • Gədəbəy
  • Gündüz +1°C,
  • Gecə -6°C
  • Ağdam
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Cəbrayıl
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Füzuli
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Gəncə
  • Gündüz +4°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Naftalan
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Şəki
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Ağstafa
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Qəbələ
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Şamaxı
  • Gündüz 0°C,
  • Gecə -3°C
  • Zaqatala
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Xızı
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Siyəzən
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Şabran
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Qusar
  • Gündüz -1°C,
  • Gecə -7°C
  • Xaçmaz
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Kürdəmir
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Yevlax
  • Gündüz +5°C,
  • Gecə -2°C
  • Ağcabədi
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Ağdaş
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Göyçay
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Bərdə
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • İmişli
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Salyan
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Beyləqan
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Saatlı
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Hacıqabul
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Masallı
  • Gündüz +5°C,
  • Gecə +2°C
  • Lənkəran
  • Gündüz +4°C,
  • Gecə +1°C
  • Lerik
  • Gündüz 0°C,
  • Gecə -4°C
Faydalı Bölmələr

Görülən işlər

2017-ci il ərzində Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəz tərəfindən görülmüş işlər barədə

 

2017-ci ildə Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Tədbirlər Planlarında nəzərdə tutulmuş tapşırıqların aidiyyəti üzrə icrası ilə məşğul olmuşdur.

Nazirliyinin 06 fevral 2015-ci il tarixli, 63/Ü nömrəli Əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 5.4 bəndində nəzərdə tutulan “Ətraf mühitə ziyan vuran sənaye müəssisələrinə nəzarətin gücləndirilməsi, bununla bağlı qanuvericilikdə dəyişikliklərə dair təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması” tədbiri çərçivəsində “Ətraf mühitə atılan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri və zərərli maddələr atan mənbələrin texniki parametrlərinə dair inventarlaşdırılma işlərinin aparılması” sahəsində  aşağıdakı metodikalar hazırlanmışdır:

  • Neft məhsullarının paylanması üzrə ətraf mühitə atılan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri və zərərli maddələr atan mənbələrin texniki parametrlərinə dair inventarlaşdırma metodikası.
  • Qeyri-mütəşəkkil tullantılar: Neftin emalı və saxlanması üzrə ətraf mühitə atılan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri və zərərli maddələr atan mənbələrin texniki parametrlərinə dair inventarlaşdırma metodikası.
  • Neft yataqlarının axtarışı, hasilatı və nəqli üzrə ətraf mühitə atılan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri və zərərli maddələr atan mənbələrin texniki parametrlərinə dair inventarlaşdırma metodikası.

“Mərkəz”də həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 dekabr 2015-ci il tarixli 858/Ü nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əhatə etdiyi sahələr üzrə 2016-2018-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq, aşağıdakı standartların azərbaycan dilinə autentik tərcümə variantı işlənib hazırlanmışdır:

  • QOST R 54206-2010. Resursmühafizə. Əhəng istehsalı. Enerji səmərəsinin artırılması üçün Ən Yaxşı Münasib Texnologiyalar.
  • QOST R 54194-2010. Resursmühafizə. Sement istehsalı. Enerji səmərəsinin artırılması üçün Ən Yaxşı Münasib Texnologiyalar.

Yuxarıda göstərilən metodika və standartlar baxılmaq üçün Nazirliyin müvafiq strukturlarına təqdim olunacaqdır.

Hesabat ilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 31 yanvar 2017-ci il tarixli 69/Ü nömrəli Əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 6.2 bəndində göstərilən “Bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi” tədbiri çərçivəsində biomüxtəlifliyin monitorinqi üçün hazırda tətbiq edilən metodikalar haqqında məlumatlar toplanıb cəmləşdirilmişdir. Burada ekoloji monitorinqin prioritet istiqamətləri, bioloji monitorinq haqqında ümumi təsəvvürlər və əhatə dairəsi, bioloji ehtiyatların monitorinqi, həmçinin, heyvanat aləmi, o cümlədən balıq və digər su bioresurslarının monitorinqi haqqında ümumi məlumatlar verilmiş, bu sahədə mövcud aşağıdakı metodikalar təsvir edilmişdir:

  • Su və sahil quşlarının qeydiyyatını aparmaq üçün istifadə edilən metodlar;
  • Qışlayan quşların kütləvi toplaşma yerlərində qeydiyyat metodları;
  • Yarğanlarda yuvalayan quşların qeydiyyatı;
  • Helikopterlə quşların qeydiyyatı;
  • Fotoşəkillər vasitəsilə quşların növ və say tərkibinin təyini;
  • Vəhşi heyvanların sayğı metodu.

 

Tədbirlər Planının 6.6 bəndində göstərilən “Bioloji müxtəliflik ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə milli standartların beynəlxalq normativlərə uyğunlaşdırılması” məqsədilə “Ən yaxşi münasib texnologiyalar. Bioloji  müxtəliflik. Terminlər və təriflər” standartı işlənb hazırlanmışdır. Təqdim edilən standartda təqdim edilən terminlər müvafiq BMT Konvensiyalarına və Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğunlaşdırılmışdır və biomüxtəliflik sahəsində beynəlxalq miqyasda vahid terminologiyanın tətbiqinə xidmət edir. Standart baxılıb təsdiqə göndərilməsi üçün “Ekologiya üzrə Texniki Komitə”yə təqdim ediləcəkdir.

2017-ci ildə həmçinin, kənd təsərrüfatı torpaqlarından davamlı istifadə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində “Torpaqların təyinatının dəyişdirilməsi prosesinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi” məqsədilə ETSN-nin Dövlət Ekspertiza İdarəsi ilə birlikdə “Torpaqların təyinatının dəyişdirilməsi prosesinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair Təlimat” işlənib hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş tədbirlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerinə yetirilməsi üzrə Tədbirlər Planına (16 mart 2017-ci il, № 204/Ü) müvafiq olaraq, “Mərkəz” tərəfindən Aqrar sahədə ətraf mühiti mühafizə mexanizmlərinin təkmilləşdirilməsi (7.2) çərçivəsində “Kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğu üzrə müasir tələblərə cavab verən indikatorlar”  hazırlanmışdır və bu indikatorlar haqqında aşağıda məlumat verilir:

 

Indikator

Məqsədi

Təyinatı

Su və külək eroziyasına məruz qalmış kənd təsərrü-fatı torpaqları-nın payı

Bu göstəricinin istifadəsi eroziya proseslərin ərazisini və xarakterini, onların dinamikasını qiymətləndirməyə və müvafiq olaraq, eroziyaya qarşı tədbirlər planlaşdırmağa imkan verir.

Torpaqların eroziyası

Torpağın üst qatında üzvi maddələrin itkisi

Göstərici torpaq münbitliyinin vəziyyətini – torpağın  faktiki və potensial məhsuldarlıq vəziyyətini, əhalinin ərzaqla təminat  və yoxsulluqla mübarizə perspektivini, əhali/ərzaq ehtiyatları nisbətini əks etdirir.

Torpaq münbitliyi

Kənd təsərrüfatı torpaqlarından istifadə strukturunun  dəyişməsi

Indikatorun məqsədi: yerüstü ekosistemlərə kənd təsərrüfatı təzyiqinin müəyyən edilməsindən ibarətdir, ona görə indikatorun özü müvəqqəti trend olaraq, artıq ətraf mühitə təsir şəklində baxılan vəziyyəti xarakterizə edir. Indikatorun tətbiqi ətraf mühitə təzyiqi azaltmaq üçün torpaq ehtiyatlarının birləşmiş idarəolunmasını təmin etməklə, torpaqdan istifadə siyasətini dəyişməyi mümkün edir.

Torpaqdan istifadə və torpaq örtüyünün  dəyişməsi

Mineral gübrələrin istifadəsi

Ətraf mühitə təzyiqi (torpaqda toplanması, səth və qrunt sularının çirklənməsi, trofik zəncirlərdə hərəkəti və başqa növlərə təsiri) qiymətləndirməyə, uzunmüddətli mövcudluğu halında regiondan, yerli şəraitdən və bitki kulturasından asılı olaraq, onların təsirinə qarşı əvəzlənmə (kompensasiya) planlaşdırılmasına imkan verir.

Pestisidlərin istifadəsi

Ətraf mühitə toksiki təzyiqi (torpaqda toplanması, trofik zəncirlərdə hərəkəti və başqa növlərə təsiri) qiymətləndirməyə, uzunmüddətli mövcudluğu halında regiondan, yerli şəraitdən və bitki kulturasından asılı olaraq, onların təsirinə qarşı əvəzlənmə (kompensasiya) planlaşdırılmasına imkan verir.

Torpaqların pestisidlərlə çirklənməsi

indikator ətraf mühitə toksiki təzyiqi və bərpa işlərinin aparılmasına ehtiyacı olan çirklənmiş ərazilərin sahəsini qiymətləndirməyə imkan verir.

Torpaqların çirklənməsi

Kənd təsərrüfatında sudan istifadə

Indikator kənd təsərrüfatında/suvarmada sudan istifadəyə nisbətdə hərəkətverici qüvvələri əks edir. Suvarılan torpaqların genişlənməsi üzrə göstəricilər kənd təsərrüfatı sektoru tərəfindən su ehtiyatlarına olan ümumi təzyiqi qiymətləndirməyə imkan verir.

Sudan istifadə

2017-ci ildə “Mərkəz” tərəfindən atmosfer havasına atılan zərərli (çirkləndirici) maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması və təqdimatı üçün ölkə ərazisində vahid qaydaları və tərtibat formasını müəyyən edən “Atmosfer havasına atılan zərərli (çirkləndirici) maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması üzrə Metodiki Təlimat” işlənib hazırlanmışdır.  Metodiki Təlimat sənədi ETSN-nin “03” iyul 2017-ci il tarixli 501/Ü saylı əmri ilə təsdiq edilmiş və həmin əmrin əsasında çap edilmişdir.