• Bakı
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Sumqayıt
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Xankəndi
  • Gündüz +30°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Xocavənd
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Qubadlı
  • Gündüz +30°C,
  • Gecə +18°C
  • Zəngilan
  • Gündüz +30°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +25°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Gədəbəy
  • Gündüz +30°C,
  • Gecə +14°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Cəbrayıl
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Füzuli
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +35°C,
  • Gecə +22°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağstafa
  • Gündüz +36°C,
  • Gecə +22°C
  • Qəbələ
  • Gündüz +35°C,
  • Gecə +22°C
  • Şamaxı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Zaqatala
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Xızı
  • Gündüz +32°C,
  • Gecə +18°C
  • Siyəzən
  • Gündüz +35°C,
  • Gecə +22°C
  • Şabran
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Quba
  • Gündüz +30°C,
  • Gecə +21°C
  • Qusar
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +35°C,
  • Gecə +22°C
  • Kürdəmir
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +39°C,
  • Gecə +22°C
  • Ağcabədi
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +23°C
  • Göyçay
  • Gündüz +39°C,
  • Gecə +22°C
  • Bərdə
  • Gündüz +37°C,
  • Gecə +20°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Beyləqan
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Saatlı
  • Gündüz +38°C,
  • Gecə +21°C
  • Hacıqabul
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Masallı
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Lənkəran
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Lerik
  • Gündüz +30°C,
  • Gecə +20°C
Saytın Xəritəsi

Analitik Tədqiqat Laboratoriyaları

Кompleks Analitik Tədqiqat Laboratoriyaları

 



Ətraf Mühit üzrə  Milli Monitorinq Departamentinin Ətraf mühitin  çirklənməsinin monitorinqi mərkəzinin nəzdində aşağıda adları qeyd olunan analitik tədqiqat laboratoriyaları fəaliyyət göstərir:

 

• Atmosfer havasının çirklənməsinin monitorinqi laboratoriyası; 

• Təbii suların geokimyəvi rejim və çirklənməsinin monitorinqi laboratoriyası; 
• Torpaqların çirklənməsinin monitorinqi laboratoriyası; 
• Atmosfer yağıntılarının fon tərkibinin monitorinqi laboratoriyası; 
• Təbii mühitin  radioaktivliyinin geoekoloji monitorinqi laboratoriyası; 
• Spektrometriya və xromatoqrafiya laboratoriyası; 
• Bioloji monitorinq laboratoriyası; 
• Qazax analitik tədqiqatlar laboratoriyası;
• Horadiz analitik tədqiqatlar laboratoriyası;

Bu laboratoriyalar Nazirliyin daxili imkanları hesabına əsaslı təmir edilməklə, müasir tələblərə cavab verən analitik cihaz və avadanlıqlarla təchiz edilərək, onların fəaliyyəti yenidən təşkil edilib.

Departamentin nəzdində fəaliyyət göstərən laboratoriyalar ətraf mühitin hər üç komponenti üzrə çirkləndiricilərin, o cümlədən ağır metalların, xlorüzvi, fosforüzvi pestisid, herbisid və PXB qalıqlarının, digər aromatik karbohidrogenlərin, havada anion və kationların təyini  məqsədi ilə müxtəlif cihaz  və avadanlıq ilə təchiz olunub. Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “ZEEnit 650” atom absorbsiya spektrometri, “DİONEX -  1100”  ion xromatoqrafi,  Agilent GC 7890A qaz xromatoqrafı, AH-2 spektrometri, Berghoff SpeedrvaveTM  MWS – 3+  mikrodalğalı soba  və s. misal göstərmək olar.

Həmçinin, Mərkəzin laboratoriyaları səth sularının fiziki-kimyəvi göstəricilərini çöl şəraitində təyin etmək üçün Almaniya istehsalı olan  “Hİ-9033” konduktometri, ”Multi-340 İ/SET analizatoru, bulanıqlığı təyin etmək üçün “Turbidimetr Hİ-93703” portativ cihazları ilə təchiz edilib.  Stasionar şəraitdə  ” KERN” elektron laboratoriya tərəzisi, kolorimetrik üsullarla atmosfer havasının  və təbii suların tərkibini təyin etmək üçün “КФК-3Ц” fotoelektrik kolorimetri, ”Perkin Elmer” firmasının istehsalı olan “Lambda 35” UB və “Spekоrd 205” spektrometrləri, bərk nümunələrin ilkin emalı prossesində istifadə olunan “Berghoff” mikrоdalğalı soba və digər avadanlıq Mərkəzin cihaz parkına daxildir.

Mərkəzdə istifadə olunan metodiki vəsaitlərin təkmilləşdirilməsi və yenilərinin tətbiq edilməsi üzrə Mərkəzin tərkibində olan 9 monitorinq laboratoriyasında ətraf mühitin komponentləri üzərində  aparılan analizlərin metodiki təlimatları İSO 17025:2005 və müvafiq analizlərin İSO standartlarının müddəalarına müvafiq olaraq hazırlanıb, Mərkəzin iş şəraitinə uyğunlaşdırılıb təsdiqlənərək  xidməti istifadə üçün laboratoriyalara verilib.

Atmosfer havasının çirklənməsinin monitorinqi laboratoriyası hava nümunələrində analizlərin müasir səviyyədə aparılmasını təmin edən müasir cihaz və avadanlıqlarla (Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “Spekоrd 205” spektrоmetri, “Палладий-3” qaz analiz edicisi, ”КФК-3Ц” fotoelektrik kolorimetri, ”KERN” analitik tərəzisi, ”И-130” İonomeri və s. ilə təchiz olunub.

Təbii suların geokimyəvi rejim və çirklənməsinin monitorinqi laboratoriyası  müasir stasionar  və portativ cihazlarla (”Perkin Elmer” firmasının istehsalı olan “Lambda 35” UB və “Spekоrd 205” spektrometrləri, ”KERN” ALC-220-4M elektron laboratoriya  tərəzisi, Almaniya istehsalı olan turbidimetr “НANNA-93703”, Cond 3310 SET1, OXİ 340İ/SET, pH 3310 SET2“, Multi340İSET” portativ analizatoru, ”MİLLİPORE” ionsuzlaşdırılmış su qovan qurğu) təchiz olunub və səth sularının tərkibində 50-yə yaxın göstəricini təyin etmək imkanındadır. 

Qazax analitik tədqiqatlar laboratoriyası Kür çayının suyunun keyfiyyətinə hər 10 gündən bir operativ nəzarət edir. Suda birinci günün fiziki-kimyəvi analizləri  (temperatur, pH, elektrik keçiriciliyi, h/o O 2 -%, mq/l, OBS5), fiziki göstəricilər (rəng, qoxu, şəffaflıq, asılı maddələr), suyun hidroloji xarakteristikası (suyun sərfi,suyun axın sürəti) təyin edilir. Su nümunələrində çirkləndirici maddələrin (fenollar, sintetik səthi aktiv maddələr) kimyəvi analizi aparılır. Ayda bir dəfə su nümunələrində əsas ionların (Ca2+, Mg2+, Cl-, HCO3-) və biogen maddələrin: nitrit (NO2 -), nitrat (NO3 -), ammonium (NH4+), fosfat ionlarının analizləri yerinə yetirilir. Laboratoriya müasir stasionar və portativ cihazlarla (“UB-1700”  spektrometri, portativ “Экотест” potensiometrik cihazı, portativ konduktometr, oksimetr, pH-metr, analitik və texniki tərəzilər, distillə aparatı.) və s. avadanlıqla təchiz olunub. 

Beyləqan analitik tədqiqatlar laboratoriyası Araz çayının suyunun keyfiyyətinə operativ, 10 gündən bir, nəzarət edir. Suda birinci günün fiziki-kimyəvi analizləri  (temperatur, pH, elektrik keçiriciliyi, h/o O 2 -%, mq/l, OBS5), fiziki göstəricilər (rəng, qoxu, şəffaflıq, asılı maddələr), suyun hidroloji xarakteristikası (suyun sərfi, suyun axın sürəti) təyin edilir. Su nümunələrində çirkləndirici maddələrin (fenollar, sintetik səthi aktiv maddələr) kimyəvi analizi aparılır. Ayda bir dəfə su nümunələrində əsas ionların (Ca2+, Mg2+, Cl-, HCO3-) və biogen maddələrin: nitrit (NO2 -),nitrat (NO3 -), ammonium (NH4+), fosfat ionlarının analizləri yerinə yetirilir. Laboratoriya müasir stasionar və portativ cihazlarla (“UB-1700”  spektrometri, portativ “Экотест” potensiometrik cihazı, portativ konduktometr, oksimetr, pH-metr, analitik və texniki tərəzilər, distillə aparatı.) və s. avadanlıqla təchiz olunub. 

Torpaqların çirklənməsinin monitorinqi laboratoriyasında torpağın tərkibində ağır metallar (qurğuşun-Pb, mis-Cu, nikel-Ni, alüminium-Al, qalay-Sn, manqan-Mn, xrom-Cr, sink-Zn, civə-Hg, kadmium - Cd, arsen – As, selen-Se), neft və neft məhsulları, xlorüzvi, fosforüzvi pestisid və herbisidlərin qalıq miqdarı, pH, elektrik keçiriciliyi, nitrat, sulfat ionları, şorlaşma, mexaniki tərkib (qum,gil) və humus təyin edilir.

Bunun üçün laboratoriya zəruri cihaz və avadanlıqla təchiz olunub. Torpaq nümunələrində təyinatlar infraqırmızı spektrometriya, atom absorbsiya spektrometriyası, qaz xromatoqrafiyası, potensiometrik, konduktometrik və s. analiz metodları vasitəsilə icra olunur.

Atmosfer yağıntılarının fon tərkibinin monitorinqi laboratoriyası Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “Spekоrd 205” spektrоfоtоmetri,” “Hİ-9033” konduktometri, portative pH-metr və s. avadanlıqla təchiz olunub.
Laboratoriya tərəfindən atmosfer yağıntılarının tərkibində 11 kimyəvi göstərici - sulfatlar (SO42-), nitratlar (NO3-), ammonium ionu (NH4+), xlorid ionu (Cl-), fosfatlar (PO43-), hidrokarbonatlar (HCO3-), kalsium ionu (Ca2+), maqnezium ionu (Mg2+), elektrik keçiriciliyi və hidrogen göstəricisi (pH) təyin edilir.

Təbii mühitin radioaktivliyinin monitorinqi laboratoriyası ətraf mühitin γ-aktivliyini ölçən “ДРГ-01Т1” dozimetri, γ və β-aktivliyini ölçən “γ,β spektrometri МКС-АТ1315”) ilə təchiz edilib və müvafiq təyinatları həyata keçirir.

Spektrometriya və xromatoqrafiya laboratoriyası müasir cihaz və avadanlıqlarla           (Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “ZEEnit 650” atоm-absоrbsiya spektrоmetri, “DİONEX -  1100”  ion xromatoqrafi,  Agilent GC 7890A qaz xromatoqrafı, ”АН-2”, “ИКН-025” spektrometrləri,Berghof SpeedrvaveTM  MWS – 3+  mikrodalğalı soba, ”MİLLİPORE” ionsuzlaşdırılmış su qovan qurğu,ultrasəs hamamları və s.) təchiz olunub. Müvafiq monitorinq laboratoriyalarında ilkin emal edilən atmosfer havası, torpaq, su nümunələrində ağır metalların, o cümlədən civənin, neft və neft məhsullarının, xlorüzvi, fosforüzvi pestisid, herbisid  və PXB analizləri həyata keçirilir.

Xızı atmosfer havasının fon tərkibinin müşahidə məntəqəsi EMEP (Avropa monitorinqinin İnkişaf proqramı) layihəsi çərçivəsində Respublikanın ən təmiz Altıağac Milli Parkı ərazisində qurulub. Xızı meteoroloji stansiyasında Ozon analizatoru 400T, Ətraf mühitin çirklənməsini ölçən “Teledyne” cihaz, “Leckel MVS, Kleinfiltergerat” PM10 girişi və sensoru ilə “ WXT520”, məlumatların qəbul edilmə sistemi “NDL-3” “WXT520”, hava şəraitini təyin edən sensor PM10 fraksiyasının nümunə götürücüsü “IVL16,7 IPM” və sair köməkçi avadanlıqlar quraşdırılıb.     

Bioloji monitorinq laboratoriyası su hövzələrində mövcud olan makrobentos orqanizmlərinin  və planktonların mövsüm üzrə toplanmasını, laboratoriyaya çatdırılaraq növlər üzrə seçilib konservləşdirilməsini təmin edir. Onurğasızların say və növünə müvafiq  olaraq su hövzəsinin keyfiyyəti qiymətləndirilir.  Cədvəllərə əsasən  Pantle-Bukk  təsnifatı  ilə  çayların  indikator dərəcələri araşdırılır və orqanizmlərin  α-oliqosoprobiont – təmiz və çirklənmə səviyyəsi zəif olan  sularda yaşayan orqanizmlər,  β-mezasoprobiont − çirklənmə səviyyəsi orta olan sularda yaşayan orqanizmlər, γ-polisaprobiont- çirkli suda yaşayan orqanizmlər olduğu təyin edilir. Laboratoriyada tədqiqatların dəqiqliyini təmin etmək və hidrobioloji tədqiqatların aparılması məqsədi ilə suyun fiziki-kimyəvi parametrlərini təyin edən “İDROMAR IP 165” multiparametrli zond, müxtəlif orqanizmləri toplayan torlar, növlərə ayırıb saymaq üçün lövhələr və digər avadanlıqlar, həmçinin mikroskopik müşahidələrin aparılması üçün 3 ədəd İtaliya istehsalı olan “Mikroskop B-600”, “Mikroskop SZM-2” və “Mikroskop XDS-3” mikroskoplar və s. cihaz və avadanlıq istifadə olunur.

       Uzun illər ərzində ölkənin ətraf mühitə zərərli təsir göstərən sənaye sahələrinin Abşeron yarımadasından başqa böyük hissəsinin Gəncə, Mingəçevir, Şirvan və digər şəhərlərdə cəmləşməsini, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrin gələcəkdə nəzərdə tutulan inkişafını, eyni zamanda əhalinin sayının artması ilə əlaqədar ətraf mühitə neqativ təsirlərin çoxalmasını nəzərə alaraq regionlarda mərhələlər üzrə kompleks monitorinq laboratoriyalarının yaradılmasına başlanılıb. 
Birinci mərhələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən artıq iki regionda -Masallı və  Gəncə şəhərlərində Regional Kompleks Tədqiqat Laboratoriyaları yaradılıb, bu laboratoriyaların bina, müasir cihaz və avadanlıqlarla təchizatı işlərinə başlanılıb.



Ünvan: Bakı şəhəri, Xətai r-nu, Xudu Məmmədov küçəsi 3, AZ 1123 
Tel./faks: (+99412) 379-40-21
E-mail: ecomonitoring@box.az