• Bakı
  • Gündüz +17°C,
  • Gecə +14°C
  • Sumqayıt
  • Gündüz +16°C,
  • Gecə +13°C
  • Naxçıvan
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Xankəndi
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Şuşa
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Xocalı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Xocavənd
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Zəngilan
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Daşkəsən
  • Gündüz +12°C,
  • Gecə +7°C
  • Gədəbəy
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Ağdam
  • Gündüz +20°C,
  • Gecə +10°C
  • Cəbrayıl
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Gəncə
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Qazax
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Naftalan
  • Gündüz +20°C,
  • Gecə +11°C
  • Şəki
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Ağstafa
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Qəbələ
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Şamaxı
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Zaqatala
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Xızı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Siyəzən
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Şabran
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Quba
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Qusar
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Xaçmaz
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Kürdəmir
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Yevlax
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Ağcabədi
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Ağdaş
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Göyçay
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • İmişli
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Salyan
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Beyləqan
  • Gündüz +19°C,
  • Gecə +13°C
  • Saatlı
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Hacıqabul
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Masallı
  • Gündüz +18°C,
  • Gecə +12°C
  • Lənkəran
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lerik
  • Gündüz +14°C,
  • Gecə +9°C
Saytın Xəritəsi

Əsasnamə

AZƏRBAYCAN RESPUBLİKASININ

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN

 

SU HÖVZƏLƏRİNDƏ BİOLOJİ RESURSLARIN ARTIRILMASI VƏ MÜHAFİZƏSİ DEPARTAMENTİ HAQQINDA

ƏSASNAMƏ

 

 

        I. ÜMUMİ MÜDDƏALAR

 

  1. Balıq Ehtiyyatlarının Artırılması, yetişdirilməsi və bərpası “Balıqartırma” İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 811 saylı Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyinə verilmişdir, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il 19 mart tarixli 170\ü nömrəli Əmri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti (bundan sonra – Departament) adlandırılmışdır.
  2. Departament balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsini, mühafizəsinə nəzarəti yerinə yetirən və balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi və bərpası ilə əlaqədar fəaliyyət göstərən Nazirliyin Xıllı nərə balıqartırma, Şirvan nərə balıqartırma, Azərbaycan Təcrübəvi dəniz balıqartırma, C.Cavadov adına Kür-Ağzı nərə balıqartırma, S.Kərimov adına Qəbələ qızılbalıqartırma, Varvara balıqartırma və balıqyetişdirmə zavodlarının, Dəvəçi Balıqartırma Meliorasiya Stansiyasının, Yenikənd balıqartırma və meliorasiya, Tovuz balıqartırma və Kiçik Qızılağac balıqartırma təsərrüfatlarının fəaliyyətini əlaqələndirən və təmin edən, bu sahədə idarəetməni həyata keçirən orqandır.
  3. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarını, Nazirliyin Əsasnaməsini, qərar, əmr, sərəncam və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
  4. Departametnin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
  5. Departament müstəqil balansa, nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən Dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan, Nazirliyin və öz adı yazılan möhürə, müvafiq ştamplara, blanka və bank hesabına malikdir.
  6. Departament öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçiri.
  7. Departament Bakı şəhəri, Heydər Əliyev prospekti – 10 ünvanında yerləşir.

 

 

 

 

     II. DEPARTAMENTİN ƏSAS VƏZİFƏLƏRİ

 

  1. Departamentin əsas vəzifələri aşağıdakılardır:

8.1. Balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi və bərpası üçün tədbirlər hazırlayıb həyata keçirmək;

8.2. Balıq və digər su bioresurslarının süni yolla artırılması, yetişdirilməsi, bərpası, iqlimləşdirilməsi, balıqçılıq təsərrüfatlarının meliorasiyası, balıqçılıq su obyektlərinə balıq körpələrinin köçürülməsi ilə həmin su hövzələrinin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlərin təşkilini və həyata keçirilməsini təmin etmək;

8.3. Daxili su obyektlərindən (o cümlədən Dövlət Təbiət Qoruqlarının ərazisində yerləşən) səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlayıb Nazirliyə təqdim etmək;

8.4. Nazirlik tərəfindən müəyyən edilmiş qaydada balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişmədən, nohur-göl balıqçılıq təsərrüfatlarının, habelə termal sularda əmtəə balıqçılığının inkişafını təmin etmək;

8.5. Balıqartırma və balıqyetişdirmə müəssisələrinin potensial imkanlarından səmərəli istifadə etməklə təbii su obyektlərinə buraxılması və köçürülməsi nəzərdətutulan miqdardan əlavə əmtəə balıqçılığının inkişafı üçün də balıq körpələrinin yetişdirilməsini təşkil etmək;

8.6. Nazirlik tərəfindən müəyyən edilmiş qaydada dənizdə balıq körpələrinin yüksək çəkiyədək yetişdirilməsi ilə yanaşı, balıqçılığn müasir istiqamətlərindən biri olan dənizdə tor qəfəslərdə (morekultura) əmtəə balıqçılığının yaradılmasını təşkil etmək;

8.7. Tabeçiliyində olan balıqartırma müəssisələrində balıqların xəstəliyinə qarşı sanitar-profilaktik tədbirlərin həyata keçirilməsini təmin etmək;

8.8. Elmi nailiyyətlərin və yeni texnologiyaların balıqartırma və balıqyetişdirmədə tətbiqi ilə əlaqədar Nazirliyə təkliflər təqdim etmək;

8.9. Balıqartırma müəssisələrində təlimata uyğun olaraq, vaxtlı-vaxtında törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparmaq və bu barədə Nazirliyə məlumat təqdim etmək;

8.10.     Balıq və digər su bioresurslarından balıqçılıq haqqında qanunvericilikdə nəzərdə tutulmuş hallarda istifadənin tənzimlənməsi istiqamətində xüsusi icazələr və balıqovlama biletləri vermək, bu sahədə müqavilələr bağlamaq;

8.11.     Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili sularda balıq və digər su bioresurslarının və onların həyat fəaliyyətinin məhsullarının mühafizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək;

8.12.     Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili sularda bioloji sərvətlərdən səmərəli istifadə edilməsi, onların qorunması, artırılması və mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirmək;

8.13.     Qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirlik tərəfindən ona həvalə olunmuş digər vəzifələri həyata keçirmək.

 

     III DEPARTAMENTİN FUNKSİYALARI

 

  1. Departament, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir;

9.1 Departamentin tabeçiliyində olan balıqartırma və balıqyetişdirmə müəssisələrinin və digər struktur bölmələrinin istehsal və maliyyə təsərrüfat fəaliyyətini müəyyənləşdirir və əlaqələndirir;

9.2 Balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi və bərpası barədə Nazirliyə təkliflər təqdim edir;

9.3. Nazirlik tərəfindən  müəyyən edilmiş qaydada balıqartırma məqsədilə ayrılmış kvota əsasında nərəcinsli törədici balıqların tədarük edilməsi üçün balıq və digər su bioresurslarının ov vətəgələrin yaradılması barədə Nazirliyə təkliflər verilir.

9.4. Nazirlik tərəfindən müəyyən edilmiş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə Xəzər dənizində və ona tökülən çaylarda, kanallarda, kollektorlarda, daxili su obyektlərində ( o cümlədən qoruq ərazisində yerləşən) balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə Nazirliyə təkliflər verir;

9.5. Balıqartırma, balıqyetişdirmə və bu sahəyə aid olan digər obyektlərin əsaslı təmiri, yenidən qurulması və yeni obyektlərin tikintisi planını, balıqçılıq təsərrüfatının meliorasiya tədbirlərini, süni balıqartırma və iqlimləşdirmə işləri üzrə cari və perspektiv planları işləyib hazırlayır və Nazirliyə təqdim edir;

9.6. Su obyektlərində həyata ekçirilən hidrotexniki qurğuların tikilməsi, çirkləndirilməsi və digrə səbəbdən balıq ehtiyyatlarına dəyən və dəyə biləcək ziyanın təminatının süni balıqartırmanın inkişafına yönəldilməsinə dair nazirliyə təkliflər təqdim edir;

9.7. Balıqartırma və balıqyetişdirmə müəssisələrinin daxili imkanları hesabına müxtəlifyönlü yardımçı təsərrüfat sahələrinin yaradılması barədə Nazirliyə təkliflər verir;

9.8. Azərbaycan Respublikasının balıqçılıq əhəmiyyətli təbii su obyektlərində məskunlaşan balıq və digər su bioresurslarından, o cümlədən onların həyat fəaliyyətinin məhsullarından istifadə edilməsi məqsədləri üçün limitlər müəyyənləşdirməklə hüquqi və fiziki şəxslərə kvotalar ayırır;

9.9. Sənaye balıq ovu ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə sərhədləri bilinən vətəgə sahələrinin ayrılması barədə müqavilələr bağlayır;

9.9-1. Dövlət sifarişi ilə akvakultura təsərrüfatında balıq və digər su bioresurslarının artırılması və bərpası üçün Nazirliklə razılaşdırmaqla  müqavilələr bağlayır;

9.10. Balıq və digər su bioresurslarının sənaye, akvakultura, elmi-tədqiqat, təhsil, maarifləndirmə, nəzarət və iqlimləşdirilməsi üçün ovuna balıqovlama biletləri verilir;

9.10-1. Balıqçılıq subyektlərinin uçotunu, habelə balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin uçotunu aparır;

9.11. Balıq və digər su bioresurslarından elmi-tədqiqat, balıqartırma, nəzarət, balıqköçürmə və iqlimləşdirmə məqsədləri ilə istifadəyə, həmçinin yeni ov alətlərinin sınaqdan çıxarılması və yeni ov üsullarının yoxlanılması məqsədilə balıq ovuna xüsusi icazələr verir;

9.11-1. Təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, iqlimləşdirilməsinə, onların ovunun tənzimləsnməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə, habelə akvakultura qaydalarına riayət olunmasına dövlət nəzarətini həyat keçirir;

9.12. Törədici balıqların tədarükü ilə məşğul olan müəssisələrdəki törədici balıqların qorunub mühafizsə edilməsini həyata keçirir;

9.13. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər funksiyaları yerinə yetirir.

 

     IV.  DEPARTAMENTİN HÜQUQLARI

  1. Departament. Öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı
    hüquqlara malikdir:

10.1. Öz səlahiyyətləri çərçivəsində hüquqi və fiziki şəxslərdən arayış və məlumatlar tələb etmək;

10.2. Departamentin fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, struktur bölmələrinin yaradılması və ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

10.3. Yanğından mühafizə üzrə müvafiq təşkilatlarla birgə tədbirlər planı hazırlamaq və Nazirliyə təqdim etmək;

10.4. Öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göstərmək;

10.5. Qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

 

  1.       V.   DEPARTAMENTİN   FƏALİYYƏTİNİN   TƏŞKİLİ

 

11. Departamentə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.

12. Direktor ona həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13. Departament və onun tabeçiliyində olan struktur bölmələrinin  kadr, maliyyə-

mühasibatlıq, karkuzarlıq xidmətləri Nazirliyin müvafiq qurumlarının funksional

tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyətı idarələrinin

 göstərişləri, qaydaları, təlimatları və digər sənədləri əsasında qururlar.

14. Departamentin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən, səlahiyyətləri Nazir tərəfindən müəyyənləşdirilən direktor müavini, baş mühasibi vardır.

15. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

15.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. Departamentin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbiriləri görür;

15.3. Müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Departamentin ştat cədvəlini, xərclər smetasını hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

15.4. Səlahiyyətləri çərçivəsində icrası məcburi olan əmrlər və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır.

16. Departament öz təsərrüfat fəaliyyətini Nazirlik tərəfindən müəyyən edilmiş qaydada tabeçiliyində olan balıqartırma və balıqyetişdirmə müəssisələrinin vasitəsi ilə həyata keçirir.

 

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2003-cü il 02 yanvar tarixli 002/ü nömrəli, 2004-cü il 24 mart tarixli 190/ü nömrəli və 2015-ci  il  07  iyul  tarixli  369/ü  nömrəli  Əmrləri  ilə  edilmiş  əlavələr və dəyişikliklərlə.