• Bakı
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Sumqayıt
  • Gündüz +23°C,
  • Gecə +33°C
  • Naxçıvan
  • Gündüz +24°C,
  • Gecə +39°C
  • Xankəndi
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Xocalı
  • Gündüz +19°C,
  • Gecə +31°C
  • Xocavənd
  • Gündüz +18°C,
  • Gecə +30°C
  • Qubadlı
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Zəngilan
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Kəlbəcər
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Daşkəsən
  • Gündüz +18°C,
  • Gecə +28°C
  • Gədəbəy
  • Gündüz +17°C,
  • Gecə +28°C
  • Ağdam
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Cəbrayıl
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Füzuli
  • Gündüz +23°C,
  • Gecə +36°C
  • Gəncə
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Qazax
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Naftalan
  • Gündüz +25°C,
  • Gecə +35°C
  • Şəki
  • Gündüz +25°C,
  • Gecə +37°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Qəbələ
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Şamaxı
  • Gündüz +21°C,
  • Gecə +35°C
  • Zaqatala
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Xızı
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Siyəzən
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Şabran
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Quba
  • Gündüz +21°C,
  • Gecə +34°C
  • Qusar
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Xaçmaz
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Kürdəmir
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Yevlax
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağcabədi
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağdaş
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Göyçay
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Bərdə
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • İmişli
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Salyan
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Beyləqan
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Saatlı
  • Gündüz +24°C,
  • Gecə +38°C
  • Hacıqabul
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Masallı
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Lənkəran
  • Gündüz +24°C,
  • Gecə +35°C
  • Lerik
  • Gündüz +19°C,
  • Gecə +28°C
Saytın Xəritəsi

Əsasnamə

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi haqqında 

 

ƏSASNAMƏ

 

Azərbaycan Respublikası 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
10 yanvar 2002-ci il tarixli 087/ü saylı
Əmri ilə təsdiq edilmişdir.

 

  I. ÜMUMİ MÜDDƏALAR

1. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (bundan sonra «İdarə») Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra «Nazirlik») 2001-ci il 28 noyabr tarixli 138/Ü saylı Əmri ilə yaradılmışdır.

2. İdarə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının elmi əsaslarla müəyyən edilməsini, proseslərin müşahidəsi, proqnozlaşdırılması, monitorinqin təşkili, monitorinq sisteminin yaradılması, idarə olunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsində səlahiyyətli orqandır.

3. İdarə Xəzər dənizinin (gölünün)  Azərbaycan Respublikasına mənsub olan bölməsində öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Qanunlarını, Nazirliyin Əsasnaməsini, əmr, sərəncamlarını, ratifikasiya edilmiş beynəlxalq müqavilə, saziş, konvensiyaları və bu Əsasnaməni rəhbər tutur.

4. İdarə öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.

5. İdarənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulan büdcədənkənar vəsait hesabına həyata keçirilir.

6. İdarə müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən, dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan Nazirliyin  və özünün adı yazılan möhürə, müvafiq ştamplara və blanklara, bank hesablarına malikdir.

7. İdarənin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, indeks AZ1123, X.Məmmədov küç.3.

 

 

II. İDARƏNİN ƏSAS VƏZİFƏLƏRİ

8. İdarənin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində əsas vəzifələri aşağıdakılardır:

8.1. Ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinə monitorinq nəzarətini həyata keçirmək;

8.2. Bioloji sərvətlərdən səmərəli istifadə edilməsi, onların qorunması, artırılması sahəsində kompleks fəaliyyət proqramlarının hazırlanması üçün onlara təsir göstərən antropogen faktorları müəyyən etmək;

8.3. Xəzər dənizinin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bərpası, mühafizəsi və bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi biomüxtəlifliyin qorunub saxlanması məqsədi ilə monitorinq tədqiqatlarını aparmaq;

8.4. Əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün su mühitinin mühafizəsi və təbii sərvətlərdən istifadə edilməsi sahəsində ekoloji kriteriyaları müəyyən etmək;

8.5. Təbii ehtiyatların istifadə olunması prosesində ekoloji təhlükəsiz təsirin monitorinqini keçirmək və proqnozlaşdırmaq;

8.6. Azərbaycan Respublikası qanunvericiliyi ilə Nazirlik tərəfindən İdarəyə həvalə edilmiş digər vəzifələri həyata keçirmək.                                                  

 
III. İDARƏNİN FUNKSİYALARI

9. İdarə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində aşağıdakı funksiyaları həyata keçirir:

9.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada Xəzərin ekologiyası ilə məşğul olan mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq fəaliyyət göstərən laboratoriyaların işinə nəzarəti həyata keçirir və bu laboratoriyaların fəaliyyətini əlaqələndirir;

9.2. Xəzər dənizinin ekoloji sisteminə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər planının hazırlanmasında iştirak edir;

9.3. Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası və artırılması sahəsində fəaliyyət proqramlarının təşkilinə monitorinq nəzarətini həyata keçirir;

9.4. Xəzər dənizinin mühafizəsi üzrə müvafiq məlumat bankları, informasiya sistemlərinin yaradılmasında iştirak edir;

9.5. Öz səlahiyyətləri daxilində Xəzər dənizi üzrə beynəlxalq öhdəliklərin icrasının təşkilində və bu sahədə digər orqanların işinin əlaqələndirilməsində, Nazirlik tərəfindən müəyyən edilmiş qaydada beynəlxalq layihə və proqramlarda iştirak edir;

9.6. Xəzər dənizinə axarlar, üzən vasitələr, məişət və istehsalat obyektləri tərəfindən çirkləndirici maddələrin atılmasına, axıdılmasına görə norma və limitləri müəyyən edir və təsdiq olunması üçün Nazirliyə təqdim edir;

9.7. Xəzər dənizində fövqəladə ekoloji şəraiti, ekoloji fəlakət zonalarını, ekoloji üstün əraziləri müəyyən edir və bu sahədə Nazirliyə müvafiq təkliflər verir;

9.8. Mülkiyyət və təşkilati-hüquqi formasından aslı olmayaraq, sahil zolağında fəaliyyət göstərən bütün müəssisə, təşkilat, obyekt və s. tərəfindən aparılan elmi-tədqiqat işlərinin ətraf mühitə təsirinin müəyyən edilməsi məqsədilə monitorinqi həyata keçirir;

9.9. Xəzər dənizinin Sahil zolağına antropogen təsiri, onun sərhədlərini və istifadə rejimini müəyyən edir;

9.10. Ətraf mühitin mühafizə olunması məqsədilə bağlı proses və hadisələri tədqiq edir və aradan qaldırılması istiqamətində Nazirliyə təkliflər verir;

9.11. Xəzər dənizinin mühafizəsi sahəsində ekoloji normaları və standartları müəyyənləşdirir, çirklənmənin monitorinqinə metodoloji rəhbərliyi həyata keçirir;

9.12. Sahil zolaqlarında qoruqların, xüsusi mühafizə olunan ərazilərin yaradılmasına  dair təkliflərin hazırlanmasında iştirak edir;

9.13. Beynəlxalq müqavilələrlə tənzimlənən Xəzər dənizinin fauna növlərinin mühafizəsi haqqında normaların, qaydaların hazırlanmasında iştirak edir;

9.14. Xəzər dənizinin bioloji sərvətlərinin və onların həyat fəaliyyəti məhsullarının əldə edilməsinin Xəzər dənizinin ekoloji tarazlığına təsirini müəyyən etmək məqsədilə monitorinqi həyata keçirir; 

9.15. Xəzər dənizinin bioloji sərvətlərinin istismarının həcmi və elmi əsaslandırılmış rejimi haqqında təkliflərin hazırlanmasında iştirak edir;

9.16. Bioloji sərvətlərin süni yolla artırılmasında iştirak edir və bu proses zamanı ətraf mühitin monitorinqini həyata keçirir;

9.17. Sahil zolaqlarında çirklənmə mənbələrinin qeydiyyatını aparır, onların ekoloji zərərlilik dərəcələrini müəyyənləşdirir və ləğv edilməsi istiqamətində layihələr hazırlayıb, həyata keçirilməsi üçün Nazirliyə təkliflər verir;

9.18. Xəzər dənizinə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərinin əsaslandırılmış variantlarını hazırlayır və Nazirliyə təqdim edir;

9.19. Dənizlə bağlı olan axarlarda ekoloji proseslərin öyrənilməsi üzrə monitorinq təşkil edir, nəticələri araşdırır, dəyişikliklərin və digər qlobal ətraf mühit problemlərinin əhaliyə və iqtisadiyyata təsirini müvafiq qanunvericiliyə uyğun olaraq, Nazirlik tərəfindən təsdiq edilmiş qaydada müəyyənləşdirilir;

9.20. Axarlarda çirkləndiricilərin yayılması üzrə müşahidələr aparır, kimyəvi, bioloji, ekotoksikoloji və radioloji təhlilləri həyata keçirir;

9.21. Xəzər dənizində baş verən ekoloji prosesləri kompleks şəkildə öyrənir və müvafiq məsələlər üzrə dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatların beynəlxalq əməkdaşlıqda iştirakının əlaqələndirilməsi barədə təklif verir;

9.22. Dənizlə bağlı olan axarlarda təbii mühitə antropogen təsiri təhlil edir, onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətində tövsiyələr işləyib hazırlayır və Nazirliyə təqdim edir;

9.23. Ətraf mühitin monitorinqi və ekoloji proseslərə fəal təsir üzrə mövcud qabaqcıl təcrübədən istifadə olunmasını təmin edir;

9.24. Dənizlə bağlı olan axarlarda qəza hadisələri nəticəsində fövqəladə hallara gətirib çıxaran, ətraf mühitin ekstremal çirklənməsinin qarşısının alınması üzrə mövcud üsulları vaxtaşırı olaraq təkmilləşdirir;

9.25. Xəzər dənizinin təbii sərvətlərindən istifadə haqqında Nazirlik üzrə vahid informasiya sisteminin formalaşdırılmasında və məlumat bankının yaradılmasında iştirak edir;

9.26. Ətraf mühitin yüksək və ekstremal yüksək çirklənmə səviyyəsi ilə əlaqədar məlumatları Nazirliyə təqdim edir və müəyyən edilmiş qaydada əhaliyə, müəssisə və təşkilatlara çatdırır;

9.27. Dənizlə bağlı olan Şimal, Cənub sahil zolaqlarında ekoloji təhlükə potensiallı obyektləri mütəmadi monitorinq nəzarətini təşkil edir və Nazirliyi bu barədə məlumatlandırır;

9.28. Sahil zolaqlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan təbii ehtiyatlardan istifadə edilməsi, ətraf mühitə zərərli maddələr, sənaye, məişət və s. tullantıların atılması, axıdılması, onların hövzədə basdırılması həcmləri, norma və limitləri, onların ilkin qeydiyyatının aparılması qaydalarının hazırlanmasında iştirak edir və bunların ətraf mühitə təsirinin monitorinqini keçirir;

9.29. Aparılan monitorinqlər nəticəsində sahil zolaqlarında ətraf mühitin, təbii sərvətlərin qorunmasına, onlardan səmərəli istifadə edilməsinə, artırılmasına və mühafizəsinə, ətraf mühitin əlverişli sanitar və ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına dair təkliflərin hazırlanmasında iştirak edir;

9.30. Partlayış, dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, sugötürücü qurğular, kabellər, neft-qaz kəmərləri və s. çəkilməsi nəticəsində ətraf mühitin məruz qaldığı mənfi təsirləri monitorinq yolu ilə müəyyən edir, aradan qaldırılması sahəsində təkliflər hazırlayır və Nazirliyə təqdim edir; 

9.31. Nəqliyyat və digər üzən vasitələrin, qurğuların ətraf mühitə atdığı, axıtdığı zərərli maddələrin qeydiyatını və dinamikasını müəyyənləşdirir, onların minimuma endirilməsi və sıfır tullantıya nail olmasını proqnozlaşdırır və bu sahədə təkliflər verir;

9.32. Ətraf mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün müvafiq qurğuların istismara verilmsinə, onların işinin səmərəliliyinə çirklənmə mənbələrinə monitorinq nəzarəti həyata keçirir;

9.33. Antropogen təsir nəticəsində ozon təbəqəsinə göstərilən mənfi təsir, qlobal istixana effekti yaradan inqrediyentlərin atmosferə atılmasının öyrənilməsi və minimuma endirilməsi istiqamətində monitorinq nəzarətini həyata keçirir;

9.34. Xəzər dənizi və onun  sahil zolağında bioloji sərvətlərə antropogen təsiri öyrənir və bu barədə proqnozlar verir;

9.35. İdarəyə Nazirlik tərəfindən həvalə edilmiş digər funksiyaları həyata keçirir;

 

 

IV. İDARƏNİN HÜQUQLARI

10. İdarə öz funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. Səlahiyyətləri daxilində mərkəzi və rayon icra hakimyyəti və bələdiyyə orqanlarından, yerli və xarici fiziki və hüquqi şəxslərdən, şirkətlərdən müəyyən olunmuş qaydada Xəzər dənizinə və onun sahil zolağında  yerləşən göl,  bataqlıq və digər su hövzələrinə atılan, axıdılan, basdırılan tullantılar haqqında arayış və məlumatlar tələb etmək;

10.2. Zəruri hallarda Nazirlik tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirmək;

10.3. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlarda müəyyən edilmiş hesabat  formaları üzrə məlumatlar almaq;

10.4. Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə tədbirlərinin yerinə yetirilməsi məsələləri barəsində nazirliklər, dövlət komitələri, baş idarələr dövlət və qeyri-dövlət müəssisələri, idarə və təşkilatlar tərəfindən yol verilmiş ekoloji pozuntu hallarına görə tədbirlər görülməsi üçün qanunvericiliyə uyğun olaraq, tabeçiliyində olduğu nazirlik qarşısında məsələ qaldırmaq və Nazirliyə təqdimat vermək;

10.5. Monitorinq funksiyalarının icrası zamanı ölkə ərazisində mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisələrə, təşkilatlara, idarələrə, gəmilərə, anbarlara, tullantı saxlanclarına, kimyəvi reagentlər saxlanılan anbarlara və digər obyektlərə, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin obyektlərinə maneəsiz (xidməti vəsiqəni təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən təhlillərin nəticələri ilə pullsuz tanış olmaq;

10.6. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində hərəkət edərkən ətraf mühiti çirkləndirən yerli və xarici gəmilərdə çirklənmənin səbəblərini araşdırmaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün Nazirliyə təqdimat vermək;

10.7. Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr ilə Nazirliyin razılığı əsasında Xəzər (gölündə) dənizində və onun sahil zolağında ətraf mühitin çirklənməsi üzrə kimyəvi, bioloji və ekotoksikoloji təhlillər aparılması və monitorinq işləri həyata keçirilməsi, ətraf mühitin çirklənməsinin qarşısının alınması və azaldılması üzrə tövsiyyə və metodikaların hazırlanmasını təmin etmək;

10.8. Qanunvericiliklə müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələrində çıxış etmək, informasiya bülletenləri buraxmaq;

10.9. Təbiəti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə sahəsində xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq təklifləri hazırlamaq;

10.10. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində fəaliyyət göstərən xarici əməliyyat şirkətlərində qanunvericiliklə müəyyən edilmiş qaydada monitorinq həyata keçirmək;

10.11. Qanunvericiliklə müəyyən edilmiş qaydada Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onunla bağlı sahil zolaqlarında fəaliyyət göstərən müəssisələrdə üzən vasitələrdə, terminallarda və s. obyektlərdə monitorinq həyata keçirib, nümunələr götürmək;

10.12. Nazirliyin tapşırığı ilə balıqartırma müəssisələrində hesabat göstəriciləri əsasında balıqların yetişdirilməsi və artırılması üzrə monitorinqi həyata keçirmək;

10.13. İdarəyə Nazirlik tərəfindən həvalə edilmiş digər hüquqlara malik olmaq.

 


V. İDARƏNİN  FƏALİYYƏTİNİN TƏŞKİLİ

11. İdarənin fəaliyətinə Nazir tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir;

12. Rəis idarəyə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə Nazir qarşısında şəxsən məsuliyyət daşıyır.

13. Rəisin Nazir tərəfindən səlahiyyətləri müəyyən edilən və vəzifədən azad edilən iki müavini vardır.

14. İdarənin-kadr, hüquq, maliyyə-mühasibat, kargüzarlıq, informasiya, texniki təminat xidmətləri Nazirliyin müvafiq qurumlarını funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyatı orqanlarının göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qurur.

15. Rəis aşağıdakı səlahiyyətlərə malikdir;

15.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. Səlahiyyətləri çərçivəsində İdarənin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;

15.3. İdarənin nomenklaturasına  daxil olan işçiləri vəzifəyə təyin və azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və inzibati tənbeh tədbirləri görür;

15.4. İdarənin aparatının və struktur bölmələrinin funksional təyinatının  müəyyən edilməsi barədə təkliflər verir;

15.5. İşçilər arasında əmək bölgüsünü təşkil edir, ştat cədvəlinə uyğun olaraq, hər bir işçinin vəzifə təlimatlarını müəyyənləşdirir və onların ixtisaslaşması barədə Nazirliyə təkliflər verir;

15.6. İdarənin işi haqqında plan və maliyyə hesabatlarını vaxtlı-vaxtında Nazirliyə təqdim edir;

15.7. İdarənin işçilərini yüksək məhsuldar və səmərəli əməyinin təşkili üçün onlara lazımi şəraitin yaradılmasını təmin edir, maddi- texniki təminat məsələlərini həll edir;

15.8. İdarənin struktur bölmələrinin funksional fəaliyyətində və say tərkibində dəyişikliklər aparılması barədə Nazirliyə təkliflə müraciət edir;

15.9. İdarədə rəisdən (Şuranın Sədri), müavinlərdən, şöbə müdirləri,  baş mühəndislərdən və qrup rəhbərlərindən ibarət Xəzər dənizinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində elmin və təcrübənin ən yeni nailiyyətlərini tətbiq etmək məqsədi ilə yüksək ixtisaslı ekspertləri, qeyri-dövlət təşkilatları əməkdaşlarını cəlb etməklə Elmi-Texniki-Şura yaradır.