Faydalı Bölmələr

Görülən işlər

2017-ci il ərzində Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən
görülmüş işlər

 

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda və onun sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə 621-i dənizdə olmaqla ümumilikdə 2026 monitorinq keçirilib. Monitorinq zamanı ölkə ərazisindən Xəzər dənizinə tökülən 235 axardan götürülmüş 4483 (su, qazma məhlulu və torpaq) nümunələr üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, mikrobioloji, bioloji və ekotoksikoloji tədqiqatlar aparılıb. Keçirilən monitorinqlər zamanı götürülən su, şlam və torpaq nümunələri üzərində ümumilikdə 52854 təhlil aparılıb. Bunlardan 21060 analitik, 14904 ekotoksikoloji, 16890 mikrobioloji təhlillərdir.

Monitorinqlər nəticəsində qeydə alınmış ekoloji problemlər həftəlik və aylıq bülletenlərdə əks olunaraq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına çatdırılıb.

Hesabat dövründə çimərliklərin yay istirahət mövsümünə hazırlığı ilə əlaqədar mütəmadi olaraq çimərlik ərazilərindən götürülmüş su nümunələri üzərində aparılmış tədqiqatlara görə Sumqayıt, Sahil və Şıx çimərliklərinin mikrobioloji baxımdan çirkli olması müəyyən olunub. Bundan başqa Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli lokal təmizləyici qurğulardan mütəmadi götürülmüş su nümunələri üzərində hərtərəfli tədqiqatlar aparılıb.

Hesabat ili ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin və onun sahil zolağının çirkləndirici maddələrlə çirklənməsinin öyrənilməsi məqsədi ilə Xəzər dənizinin sahil zolağında yerləşən yaşayış sahələrində, Dövlət Neft Şirkətinin müəssisələrində, BP Azərbaycan şirkətinin operatorluq etdiyi “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” yataqlarındakı platformalar ətrafında, limanlarda, yanalma körpülərində və eyni zamanda dənizə tökülən axarlarda ekoloji monitorinqlər keçirilib.