• Bakı
  • Gündüz +17°C,
  • Gecə +14°C
  • Sumqayıt
  • Gündüz +16°C,
  • Gecə +13°C
  • Naxçıvan
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Xankəndi
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Şuşa
  • Gündüz +9°C,
  • Gecə +3°C
  • Xocalı
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Xocavənd
  • Gündüz +12°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Zəngilan
  • Gündüz +10°C,
  • Gecə +4°C
  • Daşkəsən
  • Gündüz +12°C,
  • Gecə +7°C
  • Gədəbəy
  • Gündüz +14°C,
  • Gecə +8°C
  • Ağdam
  • Gündüz +20°C,
  • Gecə +10°C
  • Cəbrayıl
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • Gəncə
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Qazax
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Naftalan
  • Gündüz +20°C,
  • Gecə +11°C
  • Şəki
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Ağstafa
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Qəbələ
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Şamaxı
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Zaqatala
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Xızı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Siyəzən
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Şabran
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Quba
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Qusar
  • Gündüz +14°C,
  • Gecə +7°C
  • Xaçmaz
  • Gündüz +19°C,
  • Gecə +9°C
  • Kürdəmir
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Yevlax
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Ağcabədi
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Ağdaş
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Göyçay
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Bərdə
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • İmişli
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Salyan
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Beyləqan
  • Gündüz +19°C,
  • Gecə +13°C
  • Saatlı
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Hacıqabul
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Masallı
  • Gündüz +18°C,
  • Gecə +12°C
  • Lənkəran
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lerik
  • Gündüz +14°C,
  • Gecə +9°C
Saytın Xəritəsi

Əsasnamə

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi-Tətbiqi Mərkəzi haqqında

 

 

ƏSASNAMƏ

1. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər .Nazirliyinin Normativ və Texniki

Normativ Hüquqi Aktlar üzrə Elmi-Tətbiqi Mərkəzi (bundan sonra “Mərkəz”)  Azərbaycan Respublikası Ekologiya və Təbii Nazirliyinin (bundan sonra “Nazirlik”) 2014-cü il 28 yanvar tarixli 034/ü  nömrəli Əmri ilə yaradılmışdır.

2. Mərkəz ekologiya və təbii sərvətlər sahəsində norma, qayda və standartların, işdə xidməti istifadə üçün metodiki göstəriş və təlimatların, izahlı hüquqi lüğət və digər normativ və texniki normativ hüquqi aktların layihələrinin, habelə ətraf  mühitə zərər vura bilən müəssisələr üçün onların ətraf  mühitə təsir göstəricilərinə dair ekoloji sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada işlənib hazırlanmasını həyata keçirən qurumdur.

3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasını və qanunlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi  aktlarını,  Nazirliyin Əsasnaməsini, qərar, əmr, sərəncam və göstərişlərini, bu Əsasnaməni rəhbər tutur.

4. Mərkəz öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.

5. Mərkəz müstəqil balansa,  Nazirlik tərəfindən onun operativ  idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunan, Nazirliyin və öz adı yazılan möhürə, müvafiq ştamplara, blanklara və bank hesablarına malikdir.

6. Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

7. Mərkəz Bakı şəhəri, Heydər Əliyev prospekti, 10 ünvanında yerləşir.

 

II. Mərkəzin əsas vəzifələri

8. Mərkəzin  əsas vəzifələri aşağıdakılardır:

8.1. Ətraf  mühitə atılan, buraxılan, axıdılan və yerləşdirilən zərərli maddələri ayıran ayıran tullantı mənbələrinin parametrlərinin müəyyənləşdirilməsi, fiziki təsirlərin uçotunun aparılması və təsir dərəcəsinin qiymətləndirilməsi üçün qaydalar hazırlamaq;

8.2. Tullantı mənbələrindən ayrılan zərərli maddələrin qaztəmizləyici və toztutucu qurğularda tutulması və zərərləşdirilməsinin qiymətləndirilməsi üçün qaydalar işləyib hazırlamaq;

8.3. Mütəşəkkil və qeyri-mütəşəkkil, o cümlədən potensial çirkləndirmə mənbəyi olan nəqliyyat və digər səyyar vasitələr, xüsusilə energetik – güc qurğuları, qazanları, aqreqatları, daxili yanma mühərrikləri və s. üçün texniki  normativ qaydalar hazırlamaq;

8.4. Mənbələr üzrə atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji  normativləri, ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi, zərərli və potensial təhlükəli maddələrin dövlət qeydiyyatına alınması qaydalarını  hazırlamaq;

8.5.Texnoloji proseslərin, texniki qurğu və avadanlıqların, yanacağın, mühərriklərin, o cümlədən, daxili yanma mühərriklərinin ətraf mühitin mühafizəsinə dair tələblərə uyğunluğunu təsdiq edən sertifikatlaşdırma qaydalarını hazırlamaq;

8.6. Təbii sərvətlərdən istifadə və ətraf mühitin mühafizəsi sahəsində normativ, qayda və standartları, habelə qanunvericilik aktlarının layihələrini işləyib hazırlamaq;

8.7. Ətraf mühitin çirklənməsindən dəyən iqtisadi ziyanın hesablanması və zərərli maddələrin atılması nəticəsində təbiətə vurulan ziyanın qiymətləndirilməsi üçün metodiki göstərişlər işləyib hazırlamaq;

8.8. Layihələndirilmiş təsərrüfat fəaliyyətinin təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə, ekoloji norma və standartlara uyğunluğunun müəyyən edilərək qiymətləndirilməsi üçün metodiki göstəriş və təlimatların hazırlanmasını təmin etmək;

8.9. Ətraf mühitə zərər vura bilən müəssisələr üçün onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji və texniki normativ sənədləri işləyib hazırlamaq;

8.10.  Fəaliyyəti tənzimləyən müvafiq sahələr üzrə qanunvericilik və  bu istiqamətdə qəbul edilmiş normativ hüquqi aktların, həmçinin, ratifikasiya olunmuş Beynəlxalq müqavilələrin (konvensiyaların)  tələblərindən irəli gələn hüquqi baza əsasında sahələr üzrə idarəetmə (hüquq iyerarxiyası) qaydalarını hazırlamaq;

8.11.  Ətraf mühitlə bağlı məsələlərin idarə olunmasına dair Lokal İdarəetmə Sistemi Strukturu üçün təlimatların hazırlanmasını təmin etmək;

8.12.  Ekoloji ekspertizanın obyekti olan müəssisə və təşkilatlarda fəaliyyəti tənzimləyən Qiymətləndirmə - Planlaşdırma – Cavabdehlik – Hesabatvermə sistemi üzrə qaydaların hazırlanmasını təmin etmək;

8.13. Zərərli maddələrin təhlükəlilik sinfi üzrə siyahısını tərtib etmək, bu və digər göstəricilər əsasında müəssisələrin təhlükəlilik dərəcələrinin müəyyənləşdirilməsini təmin etmək;

8.14. Ətraf mühitin idarə olunmasının planlaşdırılması, ətraf mühitin mühafizəsi üsulları və ekoloji iş programlarının tərtibi üzrə elmi əsaslandırılmış qaydalar və metodiki göstərişlər hazırlamaq;

8.15. Ekoloji ekspertizanın obyektləri üçün ətraf mühitin mühafizəsinə dair (razılaşdırma, təsdiqləmə və icazələrin alınması, ekoloji planlaşdırma; ekoloji risklərin qiymətləndirilməsi və idarə edilməsi, ekoloji keyfiyyət standartları, tullantıların idarə olunması və.s. ) standartların işlənib hazırlanmasını təmin etmək;

8.16. Ekoloji layihələrin qiymətləndirilməsi prosesi üzrə sahələrarası qaydaları işləyib hazırlamaq;

8.17. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.

 

III. Mərkəzin funksiyaları

9. Mərkəz, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

9.1. Ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən səmərəli istifadənin təşkili sahəsində normativ, qayda və standartlar, habelə qanunvericilik aktlarının layihələrini işləyib hazırlayır;

9.2. Azərbaycan Respublikasının ərazisində, o cümlədən, Xəzər dənizi akvatoriyasının Azərbaycana mənsub bölməsində ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə və onların bərpası sahəsində problemlərin elmi və təcrübi əsaslandırılmış həlli istiqamətində təkliflər hazırlayır;

9.3. Ətraf mühitin vəziyyətinin kompleks öyrənilməsi, sistemli təhlili və ekoloji baxımdan qiymətləndirilməsi üzrə elmi bazanı təşkil edir;

9.4. Ekologiya və təbii sərvətlər üzrə dövlət və milli proqramların hazırlanması istiqamətində elmi araşdırmalar aparır və onun nəticələrinin tətbiqi üçün təkliflər hazırlayır;

9.5. Təbii sərvətlərin, atmosferin, su və torpaq ehtiyatlarının, fauna və floranın mənfi təsirlərdən qorunması və bərpası sahəsində elmi-tədqiqatlar aparır;

9.6. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayır;

9.7. Ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəmə normativlərini işləyib hazırlayır və mütəmadi olaraq təkmilləşdirilməsi üçün təkliflər verir;

9.8. Təbii fəlakət zonalarında ekoloji təhlükəsizlik baxımından tədqiqatların aparılmasını həyata keçirir, bu zaman ətraf mühitə dəyən ziyanın miqyasının və bərpası yollarının müəyyənləşdirilməsi barədə təkliflər verir;

9.9. Ekoloji normativ sənədlər və standartlar, ətraf mühitin mühafizəsinə və obyektlərinin çirklənməsinə nəzarət sahəsində metodologiyalar işləyib hazırlayır;

9.10. Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi sahəsində elmi axtarışlar aparır;

9.11. Qanunvericiliklə müəyyən olunmuş qaydada müqavilələr əsasında mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar üzrə tikilməsi, genişləndirilməsi və ya yenidən qurulması nəzərdə tutulan obyektlərin layihələrinin, habelə ətraf mühitin və təbii ehtiyatların vəziyyətinə təsir göstərən texnikanın, texnologiyaların, material və maddələrin, istehsal obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədini işləyib hazırlayır;

9.12. Ekoloji problemər üzrə elmi təcrübi tədqiqatların aparılmasını təşkil edir;

9.13. Nazirliyin struktur bölmələrini, o cümlədən, tabeli qurumlarını metodiki təlimatlarla təmin edir;

9.14. Ətraf mühitə zərərli maddələrin atılması (axıdılması) limitlərinin müəyyənləşdirilməsi üçün normativlər hazırlayır;

9.15. Ətraf mühit və təbii sərvətlərdən istifadə məsələləri ilə əlaqədar layihələrin hazırlanmasında iştirak edir;

9.16.  Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar üzrə cərimə məbləğlərinə dair təkliflər verir;

9.17. Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonalarının müəyyənləşdirilməsi, bunun nəticəsində ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsi üçün normativ sənədlər hazırlayır;

9.18. Ozondağıdıcı maddələrin və tərkibində belə maddələr olan məhsulların istehsalı, istifadəsi, idxalı, ixracı, saxlanılması və zərərsizləşdirilməsinin tənzimlənməsinə dair elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlayır;

9.19. Fauna və floraya aid bioloji sərvətlərin və onların həyat fəaliyyəti məhsullarının əldə edilməsi və ona nəzarətin təşkili haqqında qaydalar üzrə təkliflər hazırlayır;

9.20. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan fauna və flora növlərinin, onların arealının vəziyyətinin öyrənilməsi barədə elmi-tədqiqat işlərinin nəticələri əsasında bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;

9.21. Xüsusi mühafizə olunan təbiət ərazilərində təbiət komplekslərinin və obyektlərinin bioloji müxtəlifliyinin qorunub saxlanılması üçün qanunvericiliyin beynəlxalq hüquq normaları əsasında təkmilləşdirilməsinə dair təkliflər işləyib hazırlayır;

9.22. Torpaqların səhralaşmadan, şoranlaşmadan, çirklənmədən və deqradasiyadan qorunma problemlərini elmi-tədqiqatlar yolu ilə araşdırır və problemlərin aradan qaldırılması üçün lazım gəldikdə qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflər verir;

9.23. Nazirlik tərəfindən ona həvalə olunmuş qanunvericiliyə uyğun digər funksiyaları həyata keçirir.

IV. Mərkəzin hüquqları 

10. Mərkəz, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşaöıdakı hüquqlara malikdir:

10.1. Normativ və texniki normativ hüquqi aktların layihələrinin tərtib edilməsi məqsədilə səlahiyyətləri daxilində aidiyyəti üzrə müəyyən olunmuş qaydada arayış və məlumatlar almaq;

10.2. İş fəaliyyətinin tıkmilləşdirilməsi və funksional fəaliyyətində dəyişikliklər edilməsi haqqında Nazirliyə təkliflər vermək;

10.3. Baxılması üçün təqdim olunmuş normativ və texniki normativ hüquqi aktların layihələrinin müvafiq ekspertizasını həyata keçirmək;

10.4. Qanunvericilik aktlarının layihələrinin normayaratma fəaliyyətinin əsas prinsiplərinə və normativ tənzimləmə predmetinə uyğunluğuna dair rəylər vermək;

10.5. Ekologiya və təbii sərvətlərə, onların mühafizəsinə və istifadəsinə dair topluların qanunvericiliklə müəyyən olunmuş qaydada nəşri barədə Nazirliyə təkliflər vermək;

10.6. Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya Arxiv Fondunun məlumatlarından qanunvericiliklə müəyyən olunmuş qaydada ödənişsiz istifadə etmək;

10.7. Qanunvericiliyə uyğun olaraq digər hüquqlara malik olmaq.

V. Mərkəzin fəaliyyətinin təşkili

11. Mərkəzə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.

12. Direktor Mərkəzə həvalə edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

13.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. Müəyyən edilmiş əməyin ödənilməsi fondu çərçivəsində Mərkəzin ştat cədvəlini və xərclər smetasını hazırlayır və təsdiq olunmaq üçün  Nazirliyə təqdim edir;

13.3. Mərkəzin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. Mərkəzin fəaliyyətinə dair icrası məcburi olan əmr, sərəncam və nəzərdə tutulmuş qaydada müqavilələr bağlayır.

14. Mərkəzin kadr, maliyyə-mühasibatlıq, hüquq və kargüzarlıq xidmətləri Nazirliyin aidiyyəti struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir və öz işlərini Nazirliyin qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qururlar.

VI. Mərkəzin yenidən təşkili və ləğv edilməsi

15. Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada, o cümlədən,  Nazirliyin əmri ilə yenidən təşkil olunur və ləğv edilir.