• Bakı
  • Gündüz +25°C,
  • Gecə +19°C
  • Sumqayıt
  • Gündüz +24°C,
  • Gecə +18°C
  • Naxçıvan
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Xankəndi
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Xocalı
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Xocavənd
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Qubadlı
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Zəngilan
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Kəlbəcər
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Daşkəsən
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Gədəbəy
  • Gündüz +16°C,
  • Gecə +11°C
  • Ağdam
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Cəbrayıl
  • Gündüz +27°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Gəncə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Qazax
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Naftalan
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Şəki
  • Gündüz +26°C,
  • Gecə +16°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Qəbələ
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Şamaxı
  • Gündüz +23°C,
  • Gecə +11°C
  • Zaqatala
  • Gündüz +26°C,
  • Gecə +13°C
  • Xızı
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Siyəzən
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Şabran
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Quba
  • Gündüz +24°C,
  • Gecə +13°C
  • Qusar
  • Gündüz +22°C,
  • Gecə +11°C
  • Xaçmaz
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Kürdəmir
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Yevlax
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Ağcabədi
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Ağdaş
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Göyçay
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Bərdə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • İmişli
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Salyan
  • Gündüz +29°C,
  • Gecə +16°C
  • Beyləqan
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Saatlı
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Hacıqabul
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Masallı
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Lənkəran
  • Gündüz +26°C,
  • Gecə +18°C
  • Lerik
  • Gündüz +17°C,
  • Gecə +13°C
Faydalı Bölmələr

Hidrometeorologiya ETİ

HİDROMETEOPROLOGİYA ELMİ - TƏDQİQAT İNSTİTUTU

Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu 2017-cı ildə öz fəaliyyətini aşağıdakı istiqamətlər üzrə davam etdirib:

I. Elmi tədqiqatlar

II. Elmi metodiki işlər

III. Yüksək ixtisaslı kadr hazırlığı

IV. Elmi nəşrlər

I.Elmi tədqiqatlar:

Elmi tədqiqat işləri nazirilyin fəaliyyət sahəsinə və hidrometeoroloji tədqiqatların prioritet istiqamətlərinə uyğun aşağıdakı problemlər altında yerinə yetrilir. 

 

 

Problem I. Müasir iqlim dəyişmələri və səth sularının öyrənilməsi


Problem II. Yüksək dağlıq ərazilərin öyrənilməsi


Problem III. Ətraf mühitin çirklənməsinin tədqiqi

2017–cü ilin təsdiq olunmuş iş plаnınа uyğun olаrаq Hidrometeorologiyа elmi tədqiqаt  institutundа  3 problem аltındа 3 elmi tədqiqаt işi,  elmi metodiki  və elmi innovasiyaların və elmi texnoloji yeniliklərin tətbiqi üzrə işlər yerinə yetirilir.

I.Elmi tədqiqatlar:

 

Problem I: Müasir iqlim dəyişmələri, səth sularının öyrənilməsi

Mövzu  1. “Gəncə - Qazax zonası çaylarının su ehtiyatlarının qiymətləndirilməsi və səmərəli istifadə metodlarının işlənilməsi” (məsul icrаçı  c.e.n. R.Verdiyev Gəncə - Qazax zonası çaylarının su ehtiyatlarının qiymətləndirilməsi və səmərəli istifadə metodlarının işlənilməsi” (məsul icrаçı c.e.n. R.Verdiyev)    mövzusu üzrə   hesabat  dövründə iş planına uğyun olaraq Gəncə -Qazax zonasında ciddi hidromorfoloji dəyişkənliyə məruz qalmış su obyektlərinin  tipologiyası təyin edildikdən sonra təbii su obyektləri (TSO), süni su obyektləri (SSO) və ciddi morfoloji dəyişdirilmiş su obyektləri (ÇDSO) də daxil olmaqla bütün su obyektləri ayrılaraq xəritələşdirilmişdir. Aparılan təhlillər nəticəsində hövzə rayonunda üç səth su obyekti      (2 göl və 1 çay)  ciddi morfoloji dəyişdirlimiş su obyeki kimi qiymətləndirilmiş, Ağstafaçayın, Tovuz çayın üzərində su anbarlarının inşası nəticəsində ciddi hidromorfoloji dəyişkənliyə məruz qalması  kimi müəyyənləşdirilmişdir.  Çay morfologiyasının daimi və ciddi dəyişməsi onun ekosistemində ciddi  dəyişkənliyin yaranmasına səbəb olduğu aşkarlanmışdır.


Problem II.  Yüksək dağlıq ərazilərin öyrənilməsi

Mövzu 2. “Tufаndаğ–Şаhdаğ-Bаzаrdüzü ekosisteminin meteoroloji şərаitinin tədqiqi” (məsul icraçı prof. R.Mahmudov) mövzusu üzrə  tədqiqat planına uyğun olaraq real müşahidə məlumatlarına əsasən regional iqlim  dəyişmələrini səciyyələndirən meteoroloji parametrlərdən temperatur və yağıntı göstəricilərinin çoxillk norma ilə müqayisəli metodla dəyişmə dinamikası müəyyən edilmişdir.  Bu parametrlər ölkə ərazisində həm zaman həm də məkan baxımından təhlil olunmuşdur. Belə ki, temperatur və yağıntı göstəriciləri müxtəlif yüksəkliklər intervalları,  ayrı - ayrı regionlar və müxtəlif  dövrlər (1991 -2016,  2007 -2016) üzrə tədqiq  olunmuşdur. Müəyyən edilmişdir ki,  əgər  1991 -2016-cı illər üzrə  temperatur artımı çoxillik normaya  (1961 -1990)  nisbətən ölkə ərazisində +0.7 0C artmışdısa, 2007 -2016-cı  dövr üzrə +0.9 0C artmışdır. Yağıntılarda isə  ciddi artım və ya azalma müşahidə edilməmişdir. Tədqiqatın sonrakı mərhələlərində iqlim dəyişmələrinin təhlükəli  hidrometeoroloji hadislərə təsiri,  ekstremal parametrlərin dəyişmə qanunauyğunluqları öyrəniləcəkdir.

 

Problem III. Ətraf mühitin çirklənməsinin tədqiqi

Mövzu 3. “Abşeron yarımadasında ekstremal iqlim şəraitinin və onun insanların sağlamlığına təsirinin qiymətləndirilməsi” (məsul icraçı c.e.d. S.Səfərov) mövzusu üzrə  hesabat dövründə  1991-2015-ci illər üzrə qızmar hava dalğalarının intensivlik dərə­cələrinin qiymətləndirilməsi üçün   ilin isti dövründə iqlimin kоmfоrtluq dərəcələrinin təkrаrlаnmаsının qiymətləndirilməsi üçün еkvivа­lеnt-еffеktiv tеmpеrаturun hеsаblаnmаsı mеtоdikаsı  və  оnlаrın çохillik sırаlаrı müəyyənləşdirilmişdir.  Qızmаr və sоyuq hаvа dаlğаlаrının müəyyənləşdirilməsində hаvаnın sutkаlıq mаksimаl və minimаl qiymətlərinin оrtа çохillik  müşahidə məlumatları əsasında 1995-2015-cü illər üzrə hər bir sutkа üzrə оrtа qiymətləri hеsаblаnmış və müəyyən еdilmişdir ki, Mаştаğа ilə Sumqаyıt stаnsiyаlаrındаkı müvаfiq tеmpеrаtur göstəriciləri аrаsındаkı kоrrеlyаsiyа əlаqəsi çох yüksəkdir və 0.999 təşkil еdir.

Cari ildə institunun  rüblik və illik hesabatları və   elmi tədqiqat işlərindən alınan mühüm nəticə  MHD-yə və ETSN -ə göndərilmişdir.

         II. Elmi metodiki işlər:

MHD-in müvafiq  şöbə və qurumlarında metodik yardımlar  edilmiş,  meteorologiya və hidrologiya üzrə RHMM-in əməkdaşları üçün hazırlıq kurslarının keçirilməsində yaxından  iştirak edilmişdir.

Əsas hidroloji illiklər sorğusu üzrə hidroloji xarakteristikaların hazırlanması üçün     1984- 2010 ci illər üzrə  Böyük Qafqazın şimal –şərq,  cənub,  Kiçik Qafqazın şimal –şərq,  cənub –şərq yamacı,  Qobustan,  Talış,  Naxçıvan çayları  da daxil olmaqla ərazi çaylarının hidroqrafları qurulmuş və buna əsasən çayların qida mənbələri  qiymətləndirilmişdir. Respublika üzrə yağıntılar qeyri - bərabər paylandığından ərazi çaylarında  yağış suları ilə  qidalanma ən az  2001,  2002, 2007-ci illərdə,  daha   çox qidalanma  isə  1988,  2005,  2010-cu  illərdə müşahidə edılmiş,   sonrakı illərdə   ciddi artım müşahidə edilməmişdir.  Təqdim olunan illər üzrə yağış suları ilə ən çox qidalanma Lənkərançay ərazi çaylarında müşahidə edilmişdir (55- 60%). Ən az qidalanma 2007-ci ildə Böyük Qafqazın şimal - şərq yamacı çaylarında  müşahidə olunmuşdur belə ki, Qudyalçay 0,17%,  cənub yamacında Türyançay 1,63 %, 2001-ci ildə Qusarşay –Kuzun 1% yağış suları ilə qidalanmışdır. 2004-cü ildə Kiçik Qafqazın şimal şərq yamac çayı olan Qoşqarçay –Sərkər  2%,  2010-cu ildə  Gəncəçay –Alaxançay 9.1% ,  ən çox qıdalanma 1989-cu ildə Ağstafaçay - Poladlı 68%,  2004-cü ildə Girdmançay –Qaranohur 64,3%,  1986-cı ildə Qobustan çaylarından isə 1986-ci ildə Pirsaatçay –Poladlı 63,03%,  1989-cu ildə Mətəliçay -Xəlfələr -70,63%, 2003-cü ildə Dəstəfürçay –Qaraqullar 66%  müşahidə edilmişdir.  

Hal hazırda   bu  istiqamətdə işlər davam etdirilir.

İnstitut əməkdaşlarından N.Nəsibov  yeyinti və qida sənayesi üzrə standartlaşma  ilə bağlı TK 09 Ekologiya üzrə Texniki komitənin,  Torpaq üzrə Alt Komitənin işində yaxından iştirak  etmişdir.

 III.  Kadr hazırlığı

Ekologiya və təbii sərvətlər nazirliyinin 2017-ci il 22 avqust tarixli  766/ü  nömrəli Əmri ilə 5406.01 Hidrologiya ixtisası üzrə qiyabi doktoranturaya bir nəfər, dissertanturaya bir nəfər,  5411.01 Meteorologiya ixtisası üzrə  qiyabi  doktoranturaya bir nəfər qəbul edilmişdir.  

Doktorant və dissertantların attestasiyalarının nəticələrinə əsasən Ekologiya və təbii sərvətlər nazirliyinin  275/ü, nömrəli 17.04.2017-ci il tarixli əmri ilə meteorologiya ixtisası üzrə 1 nəfər dissertantın,  1 nəfər hidrologiya və 1 nəfər okeaonologiya ixtisasları  üzrə əyani doktorantların  təhsil müddətləri bitmiş hesab edilmiş, 1 nəfərin analıq məzuniyyətinə  çıxması nəzərə alınmış, 2 nəfərin hidrologiya ixtisası üzrə qiyabi doktorantların akademik məzuniyyətdən sonra işini davam etdirmələri,  2 dissertant və 4 qiyabi doktorantın elmi işlərini davam etdirmələri məqsədəmüvafiq hesab edilmişdir.  

Meteorologiya ixtisası üzrə  dissertant  M.Süleymanov və M.Mehdiyev  fəlsəfə fənnindən minimum imtahanı vermiş, hidrologiya ixtisası üzrə dissertant S.Kazımovanın yerinə yetirdiyi “İqlim dəyişmələrinin Böyük Qafqazın çay axımına təsirinin qiymətləndirilməsi” (elmi rəhbəri prof. R.Mahmudov)  adlı dissertasiya işi Hidroloji proqnoz metodları və su ehtiyatlarının tədqiqi  və  Təhlükəli hidrometeoroloji hadisələrin tədqiqi və proqnozlaşdırılması  laboratoriyalarının birlikdə təşkil olunan seminarında müzakirə edilmiş  və dissertasiya işinin Elmi şuraya təqdim olunması qərara alınmışdr. Dekabr ayında S.Kazımovanın  dissertasiya işinin Elmi şurada ilkin müzakirəsinin keçirilməsi nəzərdə tutulur.   

İnstitutun 2 nəfər əməkdaşı öz xahişi ilə işdən azad olunmuş, iki  nəfər işə qəbul edilmişdir. 

Ekologiya və təbii sərvətlər nazirinin 2017-ci il 05 sentyabr tarixli 796/k nömrəli Əmrinə əsasən Hidrometeorologiya elmi tədqiqat institutun  direktor vəzifəsi müvəqqəti icra üçün Ramiz Veys oğlu Mahmudova həvalə edilmiş,   Rza Nadir oğlu Mahmudov “Hidroloji proqnoz metodları və su ehtiyatlarının tədqiqi” laboratoriyasna müdir təyin edilmişdir.

 

III. Nəşrlər:

R.Mahmudovun “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr”ə dair kitabı nəşr  olunmuş,  “Global Climate Change and its Impact  on Hydrometeorological Conditions in Azerbaijan”  adlı məqaləsi Polşada “Hidrologiya, meteorologiya və su ehtiyatları”   jurnalına  nəşrə qəbul edilmişdir  və    5 məqaləsi respublikamızda keçirilən beynəlxalq konfransın materiallarnda  dərc edilmişdir.

İnstitutun digər əməkdaşlarının,  doktorant və dissertantlarının  daxili və beynəlxalq  jurnallarda,  müxtəlif konfrans materiallarında   11 məqalə və tezisləri nəşr olunmuşdur. 

“İqlim” xəritəsinin nəşri və Azərbaycan Respublikası ərazisində hidrometeoroloji şərait və təhlükəli hidrometeoroloji hadisələr”ə dair 2016-cü il üzrə illik məcmuənin nəşri  təmin  edilmişdir.