• Bakı
  • Gündüz +27°C,
  • Gecə +17°C
  • Sumqayıt
  • Gündüz +26°C,
  • Gecə +18°C
  • Naxçıvan
  • Gündüz +31°C,
  • Gecə +12°C
  • Xankəndi
  • Gündüz +20°C,
  • Gecə +8°C
  • Şuşa
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Xocalı
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Xocavənd
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qubadlı
  • Gündüz +21°C,
  • Gecə +9°C
  • Zəngilan
  • Gündüz +22°C,
  • Gecə +10°C
  • Laçın
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Kəlbəcər
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Daşkəsən
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Gədəbəy
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Ağdam
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Cəbrayıl
  • Gündüz +27°C,
  • Gecə +13°C
  • Füzuli
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Gəncə
  • Gündüz +29°C,
  • Gecə +15°C
  • Qazax
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Naftalan
  • Gündüz +29°C,
  • Gecə +15°C
  • Şəki
  • Gündüz +28°C,
  • Gecə +14°C
  • Ağstafa
  • Gündüz +22°C,
  • Gecə +12°C
  • Qəbələ
  • Gündüz +23°C,
  • Gecə +13°C
  • Şamaxı
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Zaqatala
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xızı
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Siyəzən
  • Gündüz +25°C,
  • Gecə +15°C
  • Şabran
  • Gündüz +25°C,
  • Gecə +15°C
  • Quba
  • Gündüz +22°C,
  • Gecə +12°C
  • Qusar
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Xaçmaz
  • Gündüz +24°C,
  • Gecə +14°C
  • Kürdəmir
  • Gündüz +32°C,
  • Gecə +17°C
  • Yevlax
  • Gündüz +31°C,
  • Gecə +15°C
  • Ağcabədi
  • Gündüz +30°C,
  • Gecə +15°C
  • Ağdaş
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Göyçay
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Bərdə
  • Gündüz +30°C,
  • Gecə +14°C
  • İmişli
  • Gündüz +32°C,
  • Gecə +17°C
  • Salyan
  • Gündüz +29°C,
  • Gecə +14°C
  • Beyləqan
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Saatlı
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Hacıqabul
  • Gündüz +32°C,
  • Gecə +17°C
  • Masallı
  • Gündüz +30°C,
  • Gecə +18°C
  • Lənkəran
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Lerik
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Gündüz +27°C,
  • Gecə +13°C
Faydalı Bölmələr

Əsasnamə

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Elmi Metodologiya və İxtisaslaşdırma Şöbəsi haqqında

 

Ə S A S N A M Ə

 

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - “Nazirlik”) Elmi Metodologiya və İxtisaslaşdırmaŞöbəsi(bundan sonra – “Şöbə”) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının strukturuna daxil olan aparıcı şöbədir.

2. Şöbə Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumları (bundan sonra - “Nazirliyin qurumları”), həmçinin elm tutumlu və elmi-tədqiqat müəssisələri üzrə ətraf mühitin mühafizəsi, ekologiya və təbii sərvətlər sahəsində elmi-metodiki tövsiyə, metodika, standart, qayda və təlimatların hazırlanmasını təmin edir, bu sahədə elmin inkişafı, əməkdaşların ixtisas hazırlığının yüksəldilməsi ilə bağlı məsələlərə dair işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,  Nazirliyin Əsasnaməsini və hüquqi aktlarını, bu Əsasnaməni rəhbər tutur.

4.Şöbə fəaliyyətini bilavasitə özünün “Elmi metodoloji işin təşkili” və “İxtisaslaşdırma” sektorları vasitəsi ilə həyata keçirir.

 

II. Şöbənin əsas vəzifələri

 

5. Şöbənin əsas vəzifələri aşağıdakılardır:

5.1. Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmək;

5.2. Təbii sərvətlərin öyrənilməsi, səmərəli istifadə edilməsi, bərpası, mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanması üzrə elmi metodoloji işi təşkil etmək;

5.3. Ekologiya və təbii sərvətlərin, o cümlədən atmosferin, su və torpaq ehtiyatlarının, fauna və floranın antropogen təsirlərdən qorunması və bərpası sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir;

5.4. Ətraf mühitin vəziyyətinin kompleks öyrənilməsi, sistemli təhlili və ekoloji baxımdan qiymətləndirilməsi üzrə elmi bazanın təşkili üçün təkliflər vermək;   

5.5. Nazirliyin elmi müəssisələrində elmi-metodiki vəsaitlərin yeni metodoloji əsaslara uyğun işlənilməsini və onun müvafiq qurumlarda istifadə olunmasını təmin etmək; 

5.6. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadənin, onlara nəzarətin təşkili sahəsində ekoloji norma və standartların hazırlanmasını təşkil və təmin etmək;

5.7. Nazirliyin elmi potensialını yüksəltmək məqsədi ilə müvafiq qanunvericiliyə əsasən elmi müəssisələrdə doktoranturada və dissertantlıq yolu ilə fəlsəfə doktoru və elmlər doktoru hazırlanması işini təşkil etmək;

5.8. Elmi işçilərin və mütəxəssislərin peşə hazırlığını yüksəltmək üçün mütəmadi olaraq müvafiq təlimlərin, seminarların və treninq kurslarının təşkilini həyata keçirmək;

5.9. Nazirliyin elmi-tədqiqat institutlarının və digər elm yönümlü sahələrin respublikanın başqa təşkilatları və Nazirliyin Beynəlxalq Əməkdaşlıq Şöbəsi ilə birgə bu sahə üzrə xarici təşkilatlarla qarşılıqlı əlaqələrinin gücləndirilməsi məqsədilə qanunvericiliyə uyğun müvafiq işlər aparmaq;

5.10. Nazirliyin prioritet istiqamətlərinə uyğun respublika və beynəlxalq əhəmiyyətli elmi-praktiki konfransların keçirilməsini təşkil etmək;

5.11. Şöbənin iş planını, fəaliyyəti ilə əlaqədar hesabat və məlumatları hazırlamaq;

5.12. Elmi müəssisələrin elmi və elmi-texniki şuralarının iş planlarının və mövzularının işlənib hazırlanmasına, təsdiq edilməsinə və elmi hesabatlarının qəbul edilməsini təşkil etmək;

5.13. Elm və təhsil sahələrində respublikada aparılan islahatlara uyğun olaraq elmi müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün elmi konsepsiyalar və proqramlar hazırlamaq;

5.14. Xarici ölkələrdə və respublika üzrə keçirilən elmi konfranslar barədə məlumatların Nazirliyin müvafiq elmi-tədqiqat institutlarına çatdırılmasını təmin etmək;

5.15. Azərbaycan Milli Elmlər Akademiyası və digər elmi yönümlü qurumlar ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətləri üzrə və elmi tədqiqat işlərindən alınmış nəticələrin praktikada tətbiq edilməsi üçün Nazirliyin rəhbərliyinə təkliflər vermək;

5.16. Təbii sərvətlərdən səmərəli istifadə, ekoloji proseslərin və biosistemlərin riyazi modelləşdirilməsi, ekoloji menecment və digər sahələrdə aparılan elmi tədqiqat işlərinə dair təkliflər hazırlamaq;

5.17. Dövlət sirri təşkil edən məlumatları, habelə fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirrlərini yaymamaq;

5.18. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

III. Şöbənin funksiyaları

 

6. Şöbə, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

6.1. Təbii sərvətlərin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və bioloji müxtəlifliyin qorunub saxlanması üzrə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarına daxil olan layihələri, həmçinin Nazirliyin bu sahədəki vəzifələrindən irəli gələn işlərin elmi əsaslarını işləyib hazırlayır;

6.2. Nazirliyin nəzdində fəaliyyət göstərən elmi yönümlü müəssisələrin elmi və elmi-texniki şuralarının müvafiq olaraq iş planlarının və mövzularının işlənib hazırlanması, təsdiq edilməsi və elmi hesabatlarının qəbul edilməsi işlərini təşkil edir.

6.3. Nazirliyin elmi potensialını gücləndirmək üçün mütəxəssislərin doktoranturaya daxil olması işlərini təşkil edir, bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə işlər aparır;

6.4. Ekoloji proseslərin və biosistemlərin riyazi modelləşdirilməsi, ekoloji menecment və digər sahələrdə aparılan elmi-tədqiqat işlərini təşkil edir;

6.5. Nazirliyin elmi-tədqiqat institutlarının və digər elmi müəssisələrinin iş planlarına uyğun olaraq konfrans, seminar, simpozium, sərgi və ətraf mühitin mühafizəsinə dair digər elmi yönümlü tədbirlər təşkil edir;

6.6. Elmi-tədqiqat və elmi-metodiki işlərin, o cümlədən, hidrometeoroloji, ekoloji, geoloji tədqiqatların aparılması məqsədilə elmi-təcrübi və sınaq təcrübələrinin həyata keçirilməsini təşkil edir, elmi işçilərin və mütəxəssislərin elmi ezamiyyələrə göndərilməsi barədə təkliflər verir;

6.7. Xarici ölkələrdə keçirilən elmi konfranslar barədə məlumatları toplayaraq Nazirliyin Elmi-Texniki Şurasına və elmi müəssisələrinə çatdırılmasını təmin edir, qanunvericiliyə uyğun olaraq bu sahədə Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti elmi-tədqiqat qurumları ilə əlaqələr yaradır;

6.8. Müxtəlif  ixtisaslar üzrə kursların tədris-metodiki proqramlarını tərtib edir, Nazirlik sistemində kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün müvafiq təkliflər hazırlayır və qanunvericiliyə uyğun olaraq respublikanın təhsil müəssisələrindəki əlavə təhsil kurslarının təşkilatçıları ilə sıx əlaqələr qurur;           

6.9. Nazirliyin Aparatının əməkdaşlarının və onun qurumlarının rəhbər işçilərinin və mütəxəssislərinin əlavə təhsil almaları və ixtisaslaşmaları üçün müvafiq təkliflər verir;

6.10. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan fauna və flora növlərinin, onların arealının vəziyyətinin müvafiq elmi-tədqiqat institutlarının və Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və  Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin tabeliyində olan qurumların iştirakı ilə öyrənilməsini təşkil edir;

6.11. Yerinə yetirilmiş elmi-tədqiqat, elmi-metodiki və təcrübi-konstruktiv işlərin layihələrini müvafiq qaydada tərtib edir, onların bir nüsxəsinin Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fonduna təhvil verilməsini təmin edir;

6.12. Kütləvi informasiya vasitələrində ekologiya və ətraf mühitin mühafizəsi üzrə aktual elmi müvzulara həsr olunan verilişlərin hazırlanması və müzakirələrin keçirilməsinə dair təkliflər verir;  

6.13. Daxil olan məktub, teleqram, şikayət və ərizələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə baxır, bu istiqamətdə müvafiq tədbirlərin görülməsini təmin edir;

6.14.  Ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya və təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması işlərini həyata keçirir;  

6.15. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən şöbəyə həvalə olunmuş digər funksiyaları qanunvericiliyə uyğun həyata keçirir.

                  

IV. Şöbənin hüquqları

           

7. Şöbə, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

7.1.Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinə təkliflər təqdim etmək;

7.2. Nazirliyin elm yönümlü müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi, onların səlahiyyət dairəsinin müəyyənləşdirilməsi, eləcə də strukturunun təkmilləşdirilməsinə dair Nazirliyin Hüquq Şöbəsi ilə birlikdə Azərbaycan Respublikasının  Ekologiya və Təbii Sərvətlər Nazirinə təkliflər vermək;

7.3. Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun materiallarından qanunvericiliklə müəyyən olunmuş qaydada ödənişsiz istifadə etmək;

7.4. Ətraf mühitlə əlaqədar fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin Nazirliklə qarşılıqlı əməkdaşlıqlarını və digər münasibətlərini elm sahəsində öz səlahiyyətləri daxilində müvafiq qaydada əlaqələndirmək;

7.5. Öz səlahiyyətləri daxilində konfranslarda, simpoziumlarda, seminarlarda və digər tədbirlərdə iştirak etmək;

7.6. Qanunvericiliyə uyğun digər hüquqlara malik olmaq.

 

V. Şöbənin fəaliyyətinin təşkili

 

8. Şöbəyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan şəxs - şöbə müdiri rəhbərlik edir.

9. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

10. Şöbə müdiri:

10.1.  şöbənin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;

10.2.  şöbənin fəaliyyətini təşkil edir;

10.3.  şöbənin işçiləri arasında iş bölgüsünü müəyyənləşdirir;

10.4. şöbənin işçiləri barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinə təqdimatlar verir;

10.5. şöbənin fəaliyyəti barədə Nazirliyin rəhbərliyinə hesabat verir;

10.6. Nazirliyin aidiyyəti qurumları ilə Şöbənin qarşılıqlı fəaliyyətini təmin edir;

10.7. şöbənin iş planını imzalayır və iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edilməsinə nəzarət edir;

10.8. şöbəyə daxil olan məktub, ərizə və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılması işlərini təşkil edir.

11. Şöbənin strukturu aşağıdakı kimidir:

11.1. Elmi metodoloji işin təşkili sektoru;

11.2. İxtisaslaşdırma sektoru.

12. bu Əsasnamənin 5.2., 5.3., 5.4., 5.5., 5.6., 5.7., 5.10., 5.11., 5.12., 5.13., 5.14., 5.15., 5.16., 6.2., 6.3., 6.4., 6.5., 6.6., 6.7., 6.10., 6.11., 6.13. və 6.14-cü bəndləri üzrə fəaliyyət Elmi metodoloji işin təşkili sektoru, 5.8., 5.11., 6.8.,6.9., 6.13. və 6.14-cü bəndləri üzrə fəaliyyət isə İxtisaslaşdırma sektoru tərəfindən həyata keçirilir.  

13. Elmi metodoloji işin təşkili sektoruna, İxtisaslaşdırma sektoruna Azərbaycan  Respublikasının  Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən şəxs – sektor müdiri rəhbərlik edir.